Accessibility links

Dalay Lama təqaüdə çıxmaqda qətidir


Dalay Lama təqaüdə çıxmaqda qətidir
Dalay Lama təqaüdə çıxmaqda qətidir

Dalay Lama parlamentin müraciətini rədd edərək Tibetin mühacirətdə olan icmasına rəhbərlikdən gedəcəyini təsdiq edib. Hindistanın Dharamsala şəhərində davamçıları qarşısında çıxış edən Dalay Lama siyasi səlahiyyətləri tibetli mühacirlərin baş nazirinə ötürəcəyini bildirib. Eyni zamanda o, tibetli buddistlərin ruhani rəhbəri qismində qalacağını qeyd edib. Tibetin mühacirətdə olan parlamenti cümə günü qətnamə qəbul edərək Dalay Lamanı mövqeyinə yenidən nəzərə salmağa çağırmışdı. 76 yaşlı Nobel sülh mükafatı laureatı öz qərarını martın 10-da - 1959-cu ildə Çin idarəçiliyinə qarşı qalxan üsyan nəticəsində vətəni tərk etdiyi günün ildönümündə açıqlayıb.

XS
SM
MD
LG