Accessibility links

Döyüşlər Dəməşqin xristian rayonlarına yayılıb


Suriya prezidenti Bəşər Əsəd ordusunun üsyançılara qarşı ölkənin müqəddaratını müəyyən edəcək döyüş apardığını deyib.

Cənab Əsəd bugünkü bəyanatında hökumət qüvvələrini alqışlayıb. Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu Dəməşqdə xristianların çoxluq təşkil etdiyi rayonda üsyançılarla təhlükəsizlik qüvvələri arasında gedən döyüşlərdə təxminən bir nəfər öldürüldüyünü deyib.

Əsəd əleyhinə 17 ay davam edən döyüşlər zamanı xristian rayonlarında toqquşmalar çox nadir hallarda baş verib.

BMT-nin Suriyaya dair nümayəndələri müxalifət qüvvələrinin indi tanklar da daxil olmaqla ağır artileriyalya malik olduğu barədə xəbəri təsdiqlədiyini deyib. Sözcü Sausan Qoşeş müşahidəçilərin ilk dəfə hökumət qüvvələrinə məxsus döyüş təyyarələrinin Hələb şəhərini bombardman etdiyini gördüklərini deyib.
XS
SM
MD
LG