Accessibility links

Peruda ikibaşlı dana doğulub


Perunun şimal Kacamarka regionunda bu həftə ikibaşlı dana doğulub.

Dananın doğulma prosesində fəsad olmayıb.

Yerli əhali və ölkənin Kənd Təsərrüfatı Nazirliyindən müfəttişlər qəribə görüntülü heyvana baxmaq üçün əraziyə gəlib.

İkibaşlı dananın dörd gözü, iki burnu var.

Dananın çətinliyi təbii yolla yeyə və başlarının ağırlığından ayağa qalxa bilməməsidir.

Dananın deformasiyalı başla doğulmasının səbəbi məlum deyil.

Mütəxəssislər bunu inəyin tərkibində antibiotik olan kortikosteroidlərlə qidalanması nəticəsində əkiz dananın birləşməsi ilə izah edir.

Yerli mediaya istinadən mütəxəssislər həmçinin fenomenin genetik malformasiya səbəbindən baş verdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG