Accessibility links

Daniel Frid: Biz demokratiyanı yerli hökumətlərin xoşuna gəlməsə belə dəstəkləməliyik


Daniel Frid: Biz demokratiyanı yerli hökumətlərin xoşuna gəlməsə belə dəstəkləməliyik
please wait

No media source currently available

0:00 0:07:22 0:00

Vaşinqtonda Atlantika Şurasının eksperti, ABŞ Dövlət katibinin köməkçisi vəzifəsində çalışmış səfir Daniel Frid Amerikanın Səsinə müsahibədə Demokratiya Sammiti, ABŞ-ın dünya boyu demokratiyanın təşviq edilməsində səyləri və Amerika-Azərbaycan əlaqələri haqda danışıb.

Amerikanın Səsi: ABŞ prezidenti Co Bayden administrasiyasının demokratiya və insan haqları məsələlərini xarici siyasətin mərkəzində olduğuna sadiqliyini vurğulamaq üçün iki günlük Demokratiya Sammitinə ev sahibliyi edir. Müxtəlif ölkələrin liderləri avtoritarizmdən müdafiə, korrupsiya ilə mübarizə və insan hüquqlarına hörmətin təşviq ediləməsi məsələlərini müzakirə etmək üçün dəvət olunublar. Tədbirin keçirilməsinin vaxtını nəzərə alsaq, bu sammit bütün dünya boyu demokratiyanın inkişaf etdirilməsi baxımından hansı əhəmiyyətə malikdir?

Ağ Ev, Bayden administrasiyası və prezident Bayden şəxsən demokratiyanı Amerika strategiyasının mərkəzinə çevirmək istəyir.

Daniel Frid: Hesab edirəm ki, bunun əhəmiyyətini bu həftə Ağ Evi məşğul edən digər məsələ ilə qiymətləndirmək olar. Bu, Ukraynaya yenidən müdaxilə etmək və Rusiya ilə Ukrayna arasında Avropada müharibənin başlanması təhlükəsindən ibarətdir. Putin avtoritar liderdir. O, daxildə tiran, xaricdə isə aqressivdir.

Bayden bizim öz problemlərimiz, beynəlxalq çağırışlar və avtoritar hökumətlərin öhdəsindən daha yaxşı gəlmək üçün dünya demokratiyalarını bir araya gətirməyə çalışır. Doqquz il əvvəl olduğu kimi, bunların vaxtı gəlib çatıb. Təbii ki, mən Çini nəzərdə tuturam.

Ağ Ev, Bayden administrasiyası və prezident Bayden şəxsən demokratiyanı Amerika strategiyasının mərkəzinə çevirmək istəyir, buruada bir yenilik yoxdur. Biz buna bir qədər 1918-ci ildə Vilsonla başladıq, sonra da daha çox 1945-ci ildə Ruzvelt, Truman və sonr da Reyqanla davam etdirdik. Bu, Amerikanın xarici siyasətinin əsas prinsipidir, baxmayaraq ki, biz bunu ardıcıl olaraq etməmişik. Mən bunu başa düşürəm. Lakin buna baxmayaraq, biz bu işə qayıtmağa davam edirik, çünki bu işləyir. Bayden də bu ideyanı həyata keçirməyə çalışır ki, bunu demək etməkdən daha asandır. Bu, asan deyil və bu Demokratiya Sammiti çox sayda tənqidlərə məruz qala bilər, amma mən yenə də bunun yaxşı fikir olduğunu düşünürəm. Avtokratiya qısa müddətdə qalib gələ bilər. Tarix göstərir ki, onun uzunmüddətli perspektivdə qalib gəlmə ehtimalı daha azdır, xüsusilə də demokratiyalar özlərini ciddi qəbul etdiyi halda.

Amerikanın Səsi: Dünya boyu avtoritarizmin gücləndiyi şəraitdə Demokratiya Sammitinin demokratiyalar və avtoritar rejimlər arasında mübarizənin nəticəsini necə dəyişə biləcəyini düşünürsünüz?

Daniel Frid:​ Bir görüşün təsiri olmayacaq. Lakin ilk görüşün məqsədi birinci görüşün keçirilməsidir. Bu, gələcək ciddi işlər üçün platformaya çevrilir. Administrasiyanın bu həftə baş verənlərdən istifadə edərək, gələn il tərəflərin şəxsən iştirak edəcəyi sammitə hazırlaşarkən bunu operativ reallığa çevirə bilib-bilməyəcəyini baxıb görəcəyik. Bu, sadəcə bir məşqdir. Bu Zoom vasitəsilə keçirilən zirvə görüşüdür. Bunu təşkil etmək daha çətindir, lakin bu, əslində gələn il nəsə etmək üçün zəmin yaradır. Bu, böyük sınaq olacaq. Bu, bir başlanğıcdır və belə görünür ki, əsəbi reaksiyalarına görə Kremlin və Pekinin də diqqətini cəlb edib. Onlar bunun vacib olduğunu düşünür, bu da maraqlıdır. Bunu nəzərdə saxlamaq lazımdır.

Amerikanın Səsi: Birləşmiş Ştatlar bütün dünyada demokratiyanı təşviq etmək və insan hüquqlarına hörmət edilməsini təmin etmək üçün daha çox hansı işləri görə bilər?

Mən güclü, firavan, lakin inkişaf etməsi üçün qanunun aliliyinə hörmət edən və azərbaycanlıların ölkənin sərvətində daha çox paya sahib olduğu bir Azərbaycanı görmək istəyirəm.

Daniel Frid:​ Bunun bir çox səviyyələr var. Biz burada işləri yoluna qoymalıyıq. Avtoritarizm sadəcə başqa ölkələrdə baş verən bir şey deyil. Burada da var. ABŞ-da bu, böyük avtoritar hərəkatdır. Mən demokratiyaya inanmayan və bütün siyasi hərəkatı daxildə avtoritar, aqressiv münasibət üzərində qurulmuş Donald Trampı nəzərdə tuturam. Mən bunu deyirəm. Bu, belədir. Əvvəlcə burada işləri yoluna qoymalıyıq. İkincisi, biz demokratiyaları bir araya gətirməliyik. Üçüncüsü, biz bütün dünyada demokratik fəallarla işləməliyik. O cümlədən Azərbaycanda da. Bu, hökumətin xoşuna gəlmir. Biz isə onlarla münasibət qurmalıyıq, bacardığımız qədər əməkdaşlıq etməliyik. Lakin biz demokratiyanı yerli hökumətin xoşuna gəlməsə belə dəstəkləməliyik. Eləcə də korrupsiyaya qarşı mübarizə bu Demokratiya Sammitinin əsas mövzularından biridir. Administrasiya kifayət qədər böyük və təsirli anti-korrupsiya təşəbbüsü ilə çıxış edib. Korrupsiyaya baxın, avtoritar liderlər öz ölkələrində qanunun aliliyini sevmirlər ki, oğurlaya bilsinlər, amma Qərbdə isə kifayət qədər qanunun aliliyini bəyənirlər ki, pullarını təhlükəsiz saxlaya bilsinlər. Bunun məqsədi, antikorrupsiya təşəbbüsünün məqsədlərindən biri diktatorların ABŞ-da qanunsuz qazanclarını gizlətməsini çətinləşdirməkdir və biz zəngin korrupsioner şəxslərin öz xalqlarından oğurladıqları pulları gizlətmək üçün bizim ölkəmizdə istifadə etdikləri daşınmaz əmlak, digər sahələr - incəsənət və trast fondlarına investisiyalar və müxtəlif hiyləgər maliyyə vasitələrini təmizləmək kimi iş görməliyik və biz onlara imkan verməməliyik. Bu, Demokratiya Sammitinin bir hissəsidir - demokratiyanı bir araya gətirmək. Ona görə də bunu birlikdə edirik. London, Nyu York, Mayami, ABŞ, Böyük Britaniya, Monako hamımız birlikdə hərəkət etməliyik və bu ölkələrə təzyiq göstərməliyik. Bu, bizim üzərimizə düşən vəzifədir.

Amerikanın Səsi: Azərbaycan demokratiya sammitinə dəvət olunmayan ölkələr arasındadır. Müşahidəçilərin fikrincə, son illər Azərbaycanda demokratiya ciddi şəkildə geriləyib, insan haqları ilə bağlı vəziyyət pisləşib. Siz bir zamanlar Azərbaycan və ABŞ arasında əlaqələrin genişləndirilməsinə töhfə vermisiniz. Sizin fikrinizcə, vəziyyətin pisləşməsinin əsas səbəbləri nə ilə bağlıdır?

Əgər Azərbaycan Bayden administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq və münasibətləri daha stabil əsaslar üzərinə qoymaq istəyirsə, belə bir müzakirə aparılmalıdır.

Daniel Frid: Siz haqlısınız, mən ABŞ-la Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə töhfə vermişəm. Mən Prezident Əliyevlə görüşmüşəm. Azərbaycanın müstəqilliyi, suverenliyi yaxşı bir şeydir, bu, bizim üçün vacibdir. Lakin suverenlik həm də qanunun aliliyinə hörmət tələb edir. Suverenlik qeyd-şərtsiz deyil. Bu, Amerikanın Müstəqillik Bəyannaməsinin prinsipidir. Orada deyilir ki, suveren tərəfindən vetoya tabe olmayan müəyyən ayrılmaz hüquqlar - həyat, azadlıq və xoşbəxtlik istəyi kimi hüquqlar var. Orada belə deyilir. Mən güclü, firavan, lakin inkişaf etməsi üçün qanunun aliliyinə hörmət edən və azərbaycanlıların ölkənin sərvətində daha çox paya sahib olduğu bir Azərbaycanı görmək istəyirəm. Mən Azərbaycanın müstəqilliyini qoruyub saxlamasını istəyirəm. Lakin demokratiya sadəcə görünüş üçün deyil, onun mərkəzi yeri var və o, hər bir ölkənin təhlükəsizliyinin əsasıdır. Hər halda, mən belə düşünürəm.

Amerikanın Səsi: Azərbaycan və ABŞ arasında demokratiya və insan haqları məsələlərinə dair dialoq aparılırdı. Bu dialoqu davam etdirmək üçün nə etmək lazımdır?

Daniel Frid:​ Baxın, ABŞ qeyri-kamil demokratiyadır. Bir çox ölkələr belədir. Əgər Azərbaycan Bayden administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq və münasibətləri daha stabil əsaslar üzərinə qoymaq istəyirsə, belə bir müzakirə aparılmalıdır. Bunun əhəmiyyəti olacaq. Lakin bunu mən deyə bilmirəm. Onu nəzərdə tuturam ki, Azərbaycan hökuməti öz qərarını verəcək və biz də öz qərarımızı.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG