Accessibility links

Danimarkada İkinci Dünya Müharibəsindən bəri ən böyük iqtisadi tənəzzül gözlənilir


Danimarka iqtisadiyyatı qlobal koronavirusun təcrid tədbirləri nəticəsində bu il İkinci Dünya Müharibəsindən bəri ən böyük tənəzzüllə qarşı-qarşıyadır.

“Vəziyyət ciddidir. Korona böhranının daha bir neçə il Danimarka iqtisadiyyatına təsir göstərəcəyi ehtimal olunur. Ancaq biz böhrandan çıxmaq üçün bir yola başladıq və artıq ilk vacib addımları atdıq" - deyə, Maliyyə Naziri Nikolay Vammen bildirib.

Apreldə Vammen bildirib ki, hökumət bu il üçün 3-6% enmə proqnozlaşdırılır və bu, Danimarka tarixindəki "ən qaranlıq dövrlərdən" biridir.

Maliyyə Nazirliyi koronavirus böhranından cari ildə iqtisadiyyatın 1.5% artımını proqnozlaşdırsa da, indi iqtisadiyyatın bu il üçün 5.3% azalacağını gözləyir.

Müqayisə üçün, Reuters iqtisadçılarının sorğusuna görə, 2020-ci ildə Avro Zonasında iqtisadiyyatın 7.5% azalması gözlənilir.

2009-cu ildə baş verən maliyyə böhranı zamanı Danimarka iqtisadiyyatında 4.9% enmə müşahidə edildi.

Gələn il isə artımın təxminən 4% olacağı gözlənilir. Baxmayaraq ki, bu rəqəmin dekabrda 1.4% olacağı proqnozlaşdırılırdı.

Danimarka vergi və ƏDV ödəmələrinin artılması və birbaşa subsidiyalar da daxil olmaqla, 300 milyard kronluq iqtisadi yardım paketi ayırıb.

"Müvəqqəti yardım paketləri mərhələli şəkildə həyata keçirilməli və iqtisadi fəaliyyətə başlamaq üçün düşünülmüş investisiyalar və təşəbbüslərlə əvəz olunmalıdır" - deyə, Vammen qeyd edib.

Danimarka mart ayında koronavirus pandemiyasının qarşısını almaq üçün təcrid tədbirləri həyata keçirən ilk ölkələrdən biri idi. Şimali Avropa ölkəsi həmçinin virusun yayılmasını uğurla dayandırdıqdan sonra yenidən açılan ilk ölkələrdəndir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG