Accessibility links

Danışan tatu [Video]


Danışan tatu
please wait
Embed

No media source currently available

0:00 0:01:30 0:00

Eşitdiyiniz ulama səsi təkcə bu itdən deyil, həm də qadının qolunda dalğa formasında olan tatudan çıxır.

Tatu rəssamı Neyt Siqqard bu səsli bədən yaradıcılığını “Səs-dalğalı Tatu” adlandırır.

“Biz dalğa formasında tatu çəkirik. Sonra isə müvafiq smatfon proqramı ilə ekranı həmin tatuya tərəf yönəldəndə, həmin dalğaya uyğun səs telefon vasitəsilə eşidilir.”

Uzunluğu bir dəqiqəyə qədər olan səs yazısı smartfona yükləndikdən sonra, proqram həmin səsə uyğun dalğa yaradır. Sonra isə həmin dalğa mürrəkkəb ilə bədənə çəkilir. Tatu hazır olandan sonra bədəndə çəkilən rəsm və telefonda olan foto audio fayl ilə uyğunlaşır. Telefonu bədəndəki rəsmə tərəf tutanda, həmin audio oxumağa başlayır.

Neytin dostu, Coş Qalner Səs-dalğalı Tatunu xərçəngdən dünyasını dəyişmiş atasının xatirəsi üçün edib. Bu isə, onun atasının xərçəngdən əziyyət çəkən digər insanlara mesajıdır.

“Siz mütləq inanmalısınız. Həmin inama sahib ola bilsəniz, istənilən çətinliyi qət edə bilərsiniz.”

Neyt bu texnikanı bacaran rəssamların şəbəkəsini yaratmaq istəyir ki, insanlar təkcə tatuya baxmasınlar, həm də onu dinləyə bilsinlər.

XS
SM
MD
LG