Accessibility links

Dağlıq Qarabağ münaqişəsində 6 mindən çox Azərbaycan vətəndaşı itkin düşüb, əsir və girov götürülüb


Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Aparılmış araşdırmalar nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə altı mindən artıq Azərbaycan vətəndaşının itkin düşməsi, əsir və girov götürülməsi faktı müəyyən edilib.

Trend agentliyinin məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən "Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində" adlı konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O, qeyd edib ki, ötən müddət ərzində 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub.

E.Səmədov bildirib ki, hazırda komissiyada 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: "Onlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq olub".

İşçi qrupun rəhbərinin müavininin sözlərinə görə, itkin düşmüş 3801 nəfərdən 877 nəfərinin əsir, girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal edilən ərazidə qalması faktı müəyyən edilib.

O bldirib ki, Ermənistanın bu faktları gizlətməsi barədə Dövlət Komissiyasında məlumatlar var.

E.Səmədov əlavə edib ki, aprelin əvvəlində cəbhə xəttində həyatını itirən insanların meyitlərini gizlətməklə Ermənistan psixoloji təzyiq göstərməyə çalışır. Beynəlxalq qurumlarla birlikdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə həlak olmuş hərbçilərin meyitləri dəyişdirilərkən Ermənistan öz xislətinə uyğun olaraq gizli videoçəkiliş aparmağa cəhd edib.

O, əlavə edib ki, Ermənistan 2010-cu ildə təmas xəttində şəhid olan Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin onlarda olmasını da uzun müddət təkzib etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG