Accessibility links

Elmar Məmmədyarov: Ermənistan böyük sülh sazişini imzalamağa razılaşmalıdır


Elmar Məmmədyarov: Almatıdakı Ermənistan Azərbaycan danışıqları nəticəsiz oldu
Elmar Məmmədyarov: Almatıdakı Ermənistan Azərbaycan danışıqları nəticəsiz oldu

Nazir deyib ki, Ermənistan Xocalı hava limanına uçuşlar həyata keçirəcəyi təqdirdə sülh prosesinə ciddi zərbə vurulacaq

Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərini qəbul edirsə, böyük sülh sazişini imzalamağa razılaşmalıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşündə bildirib.

Nazir həmçinin deyib ki, Ermənistan Xocalı hava limanını işə salacaqsa və uçuşlar həyata keçiriləcəyi təqdirdə, sülh prosesinə ciddi zərbə vurulacaq. Cənab Məmmədyarov eyni zamanda xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu mövqedən çıxış edir.

Nazirin fikrincə, münaqişənin həlli üçün əsas problem Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğudur.

Filip Lefort davamlı sülhün əldə olunması üçün iki icma arasında təmasların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb, regional əhəmiyyətli enerji layihələrindən bəhs olunub. Həmçinin Azərbaycanın Avropa üçün əhəmiyyəti vurğulanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG