Accessibility links

Putinlə Erdoğan Qarabağ münaqişəsini müzakirə edblər


R.T.Erdoğan və V.Putin
R.T.Erdoğan və V.Putin
Noyabrın 22-də Sankt-Peterburqda Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündə Suriyada vəziyyət və Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Bu barədə Rusiya mətbuatı yayıb.

“Atmalı olduğumuz ümumi addımlar var. Bu mövzular üzrə apardığımız danışıqlar mövcud məsələlərin nizamlanması üçün bizə platforma, baza yaratmğa imkan verdi", R.T.Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında deyib.

Onun sözlərinə görə Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi, Suriyada vəziyyət, İraqda vəziyyətin inkişafı baxımından regionda öhdəlikləri var.
XS
SM
MD
LG