Accessibility links

Daren Linvill: "Dezinformasiya rejimin gündəminə zidd olan səsləri susdurmaq məqsədi daşıyır"


Daren Linvill: "Dezinformasiya rejimin gündəminə qarşı çıxan səsləri susdurmaq məqsədi daşıyır"
please wait

No media source currently available

0:00 0:06:00 0:00

Britaniyada qərargahlanan The Guardian qəzeti aprelin 13-də dərc olunan məqalədə Facebook-un Azərbaycandakı trol şəbəkəsinə qadağalar tətbiq etməsindən altı ay sonra müstəqil xəbər agentlikləri və müxalif siyasətçiləri hədəf alan və dövlətin dəstəyi ilə aparılan trol kampaniyasının yenidən işə başladığını bildirib. Mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verən Klemson Universitetinin professoru Dr. Daren Linvill troll şəbəsinin məqsədindən, sosial media şirkətlərinin onların qarşısını almaq üçün görməli olduqları səylərdən və ABŞ hökumətinin trollarla mübarizə yollarından danışıb.

Amerikanın Səsi: Avtoritar rejimlər nə üçün trollardan istifadə edirlər? Onlar nə dərəcədə effektivdir və onlar rejimlərə hansı məqsədə çatmağa yardım edirlər?

Dr. Daren Linvill: Avtoritar rejimlərin trollardan istifadə etmələrinin bir çox səbəbləri var.

Düzünü desəm, ən əsas səbəblərdən biri odur ki, onlar ucuzdurlar.

Onlardan istifadə etmək çətin deyil. Sosial media şirkətləri platformalarına çıxışı və tamamilə anonim olan bu saxta hesabları açmağı asanlaşdırır. Onların biznes modeli buna əsaslanır. Ona görə də avtoritar rejimlərin bu mexanizmlərdən istifadə edərək öz məqsədləri, öz propaqandaları üçün bot və trol yaratmaları çox asandır.

Onlar trollardan bir çox məqsəd üçün istifadə edirlər. Avtoritar rejimlərdən gələn dezinformasiyanın kiçik bir hissəsini hücum məqsədli, başqa ölkələrdəki insanların mövqelərinə hücum edən dezinformasiya təşkil edir. Bu, Rusiyanın ABŞ seçkilərini hədəf alan İnternet Araşdırma Agentliyi kimi qrupların gördüyü işdir.

Amma dezinformasiyanın böyük hissəsi ölkədaxilidir. Buna öz xalqını hədəf almaq daxildir. Və bu bir çox səbəblə edilir. Bu, rejimin gündəmini dəstəkləmək üçün, ictimaiyyətlə əlaqələr və təxribat məqsədilə edilir. Amma ən əsası bu, rejimin gündəminə qarşı çıxan səsləri susdurmaq məqsədi daşıyır. Bu, alternativ perspektivi olan insanların səslərini boğmaq üçün edilir.

Amerikanın Səsi: Azərbaycan hökuməti uzun zamandır sosial media trollarından istifadə edərək ölkədə fəaliyyət göstərən az sayda media təşkilatlarını, müxalifət üzvlərini və tənqidçiləri hədəf alır. Bu insanların çoxu iddia edir ki, Azərbaycan rəsmiləri trol əməliyyatı fikrini Rusiyadan alıblar. Bu mövzu barədə məqalələri olan biri olaraq, siz bu barədə nə deyə bilərsiniz? Rejimlər bir-birilərindən öyrənib, bir-birilərini təqlid edirlərmi?

Dr. Daren Linvill: Məncə, rejimlərin bir-birilərindən öyrəndiyinə və bir-birilərini təqlid etdiklərinə şübhə yoxdur.

Düşünürəm ki, Rusiyanın gördüyü işlərə nəzər salanda görmək olar ki, onlar bunu ilk olaraq öz insanlarına qarşı etməklə başlayıblar. Twitter məsələn Sankt Peterburqdakı İnternet Tədqiqat Agentliyinə aid olduğunu dedikləri milyonlarla tvitin üstünü açıb. Bu tvitlətin çoxu rus dilində Rusiya xalqı üçün vacib məsələlər haqdadır. Və məncə Azərbaycan rejimi bunu təqlid edib və sosial mediadan, xüsusilə də Facebook və Instagramdan ölkədəki alternativ perspektivləri aradan qaldırmaq üçün vasitə kimi istifadə edib.

Amerikanın Səsi: Sosial media platformaları bunun qarşısını almaq üçün nə edə bilərlər? Bu yaxınlarda The Guardian-da dərc olunan məqalədə qeyd olunub ki, Facebook 2020-ci ilin oktyabr ayında Azərbaycanda trol şəbəkəsini qadağan edib, amma onlar bundan altı ay sonra yenidən sosial media platformasında üzə çıxıblar. Bunu nəzərə alaraq, Facebook, Twitter və digər sosial media nəhəngləri trolların qarşısını almaq üçün nə edə bilərlər və bunu etməkdə maraqlıdırlarmı?

Azərbaycan rejimi sosial mediadan, xüsusilə də Facebook və Instagramdan ölkədəki alternativ perspektivləri aradan qaldırmaq üçün vasitə kimi istifadə edib.

Dr. Daren Linvill: Qısa cavab odur ki, onlar xüsusilə də Azərbaycan kimi avtoritar rejimlərdən gələn dezinformasiyaya qarşı mübarizə aparmaq üçün çox şey edə bilərlər.

Sosial media platformalarının daha şəffaf olmaları çox mühümdür. Məncə Twitter şəffaflıq baxımından yaxşı iş görüb. Onlar mənim kimi insanlar üçün, tədqiqatçıların təhlil edib, platformalardakı bu məlumatları daha yaxşı anlamaları üçün çox sayda məlumatlar açıqlayıblar. Facebok isə bunu etməkdə ləng hərəkət edir.

Onlar müəyyən etdikləri fəaliyyətlərlə və platformalarından sildikləri hesablarla bağlı çox az məlumat paylaşıblar. Ona görə də, onların dezinformasiyaya nə qədər çox təsir etdiklərinə dair düşüncə formalaşdırmaq çox çətindir.

Facebook kimi platformalarda dezinformasiyaya qarşı mübarizə aparmaq çətindir. Onlar hesabları bağla bilərlər, amma həmin hesablar bir gün sonra yenidən açıla bilər. Və Azərbaycan hökumətinin gördüyü işlər üçün köhnə və ya çox izləyicilərin olduğu hesablara ehtiyac yoxdur. Əgər sizin məqsədiniz kiminsə postunun altında şərh yazıb, xalqın həmin alternativ perspektivi dəstəkləmədiyini göstərməkdirsə, bunun üçün hesab açmaq çox vaxt aparmır. Ona görə də bir hesabın bağlanması Azərbaycan hökuməti üçün heç bir məna kəsb etmir, çünki onlar ertəsi gün yenisini aça bilərlər.

Amerikanın Səsi: Trol əməliyyatlarının Birləşmiş Ştatlarda demokratiya və sosial harmoniyaya təhdid yaratdığını nəzərə alaraq ABŞ hökuməti bu məsələ ilə bağlı nələr edə bilər?

Dr. Daren Linvill: Məncə ABŞ hökumətinin bu məsələlərlə maraqlanması vacibdir. Düşünürəm ki, yalnız hökümətin müdaxilə edərək bu sosial media platformalarına nəzarət etmələri sosial media platformalarını bu məsələləyə diqqət yetirməyə vadar edən yeganə səbəbdir. Dezinformasiya barədə danışmaq sosial media platformalarının marağında deyil.

Onların bu məsələlərə qarşı mübarizə etməsinin bir səbəbi müəyyən mənada ictimaiyyətin onlarla bağlı düşüncələridir. Amma ən böyük səbəb ABŞ hökumətinin onların platformalarını necə idarə etmələrinə müdaxiləsi ilə bağlı narahatlıqlardır. Biz Co Bayden seçiləndən bəri onların bu məsələlərə yanaşmalarındakı ciddiyyətdə bəzi dəyişikklərin olduğunu görürük.

Məncə hökumət ötən həftə Rusiyanın dezinformasiyasına cavab olaraq etdiyi kimi bəzi addımlar ata bilər. Maliyyə Mazirliyinin ötən həftə açıqladığı sanksiya siyahısında Rusiyanın, məsələn, Afrikanın siyasətinə təsir göstərmək üçün gördüyü əməliyyatlar daxil idi. Bilirsiniz, biz Rusiyanın yeganə hədəfi deyilik. Onlar dünya boyu müxtəlif rejimlərin adına siyasətlə məşğul olurlar. Ona görə də düşünürəm ki, bu cür əməllərin üstü açılanda, sanksiyalar tətbiq oluna bilər. ABŞ artıq bunu etməyə başlayıb. Mən bu cür addımların daha çox atıldığını görmək istəyirəm, çünki bu davranışın bədəli olmalıdır. Hazırda isə bu cür davranışlarla məşğul olmağın heç bir nəticələri yoxdur. Yəni bunu etməyin bədəli olmadığı təqdirdə bu cür davranışlar davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG