Accessibility links

Dərya Hüdayi: İrandan çıxandan sonra gördüm ki, ana dilinə dəyər verirlər


Dərya Hüdayi

Mayamidə yaşayan təbrizli əczaçı Dərya Hüdayi uşaqlar üçün türk və ingilis dillərində görüntülər və videolar hazırlayır. Onun sosial mediada paylaşdığı bu materiallar istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb.

Sosial media fəalı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanı və mühacirətdə yaşayan uşaqlara türk dilini öyrətmək, habelə dil və folklor üzrə məzmunlar yaratmaq məqsədilə bu fəaliyyətə başladığını ifadə edir.

Dərya Hüdayi: İrandan çıxandan sonra gördüm ki, ana dilinə dəyər verirlər
please wait

No media source currently available

0:00 0:10:43 0:00

O, deyir ki, “əsas hədəf elə dil və mədəniyyəti tanıtdırnaqdır. Öz kimliyimizi tapmaqdır.

Mən özüm uşaqlarımla danışanda görürdüm ki, bir çox heyvanın, meyvənin və ya rənglərin türkcəsini bilmirəm. Yəni, İranda bunları heç yerdə bizə öyrətməyiblər.

Uşaqları çoxdilli və çoxmədəniyyətli böyütməkdir. Mədəniyyətimizi və folklorumuzu dünyaya tanıtdırmaqdır. Instagram da İranda və digər ölkələrdə çox rahat istifadə edilən bir sosial mediadır. Haştaqlarla istədiyimiz əhali qrupunu hədəf ala bilərik.”

Öz şəxsi Instagram səhifəsində fəaliyyətə başlayan Hüdayi istifadəçilərin rəğbətini gördükdən sonra fəaliyyətini genişləndirib.

“Biz indi daha çox Youtube və Instagramda çalışırıq, amma yaxında saytımız da işə başlayacaq. Məzmunlarımız da bir neçə cürdür. Birinci növü kəlmə öyrətməklə başladı. Çünki, mən özüm uşaqlarımla danışanda görürdüm ki, bir çox heyvanın, meyvənin və ya rənglərin türkcəsini bilmirəm. Yəni, İranda bunları heç yerdə bizə öyrətməyiblər. Əvvəlcə özümə öyrətmək hədəfi ilə Instagram səhifəsini yaratdım. Əvvəllər səhifə açıq deyildi. Özəl idi. Misal üçün, bir yarpaq görürdüm. Onu şəklini çəkib paylaşırdım və yazırdım ki, məsələn ‘yərpaq’ (Təbriz ləhcəsi) yazmayaq, ‘yarpaq’ yazaq,” Dərya Hüdayi söyləyir.

Sosial media fəalı əlavə edir ki, “bir dəstə insanlar ki, mənim fikrim getmirdi ki, onlar rəğbət göstərsinlər, onlar ikinci nəsil [mühacirlər] idi. Ola bilər ki, hətta türkcə bilmirlər, amma kökləri Azərbaycandandır. Mən mesajlar alıram ki, ‘məsələn mənim də bir tərəfim Urmiyəlidir və ya məsələn Zəncalıdır’. İndi onların dili ingiliscədir və burada böyüyüblər, ingilis dilində o məzmunları görəndə, onlara cəlbedici gəlir ki, kimliklərinin belə bir gözəl qismi də var.”

Əsas hədəf elə dil və mədəniyyəti tanıtdırnaqdır. Öz kimliyimizi tapmaqdır. Uşaqları çoxdilli və çoxmədəniyyətli böyütməkdir. Mədəniyyətimizi və folklorumuzu dünyaya tanıtdırmaqdır.

Dərya Hüdayi özü ABŞ-a mühacirət etdikdən sonra dil və mədəniyyət mövzularına maraq göstərməyə başlayıb.

“[İranda] bir səhv atmosferin içindəsən və baxırsan hamı sənin kimidir. Daha fikirləşmirsən ki, bəlkə bu səhv bir şeydir. O zaman ki, baxıb görürsən heç kəs bilmir bu dilin yazısını, deyirsən elə doğrusu budur, deyirsən yəqin ki, elə belə olmalıdır. Amma, oradan çıxandan sonra ki, görürsən ana dilinə dəyər verirlər və o mənbələrə əlin çatır ki, öyrənə bilirsən. O zaman bu yoldan gedib və öyrənirsən,” o, qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG