Accessibility links

Güneydə ‘Kəndimiz Vəqfi’ hər ay bir kəndə türkcə kitablar hədiyyə edir


Türk fəalların təsis etdiyi “Kəndimiz Vəqfi” İran Azərbaycanının müxtəlif bölgələrində hər ay bir kəndə türk dilində yüzlərlə kitab hədiyyə edir.

Bundan əvvəl müxtəlif vilayətlərdə kitablar paylayan fond bu günlərdə Qərbi Azərbaycanın Qara-Ziyaəddin bölgəsindəki bir kəndə 210 cild türkcə kitab hədiyyə edib.

Fond tanınmış türk dil haqları fəalı Əlirza Fərşinin rəhbərliyində və kitab habelə nəqd pul şəklində yardım toplayaraq fəaliyyət göstərir.

Kəndimiz vəqfi tərəfindən Telegram kanalında yayımlanan siyahıya görə, hədiyyə edilən kitablar tarix, kimlik, şeir, hekayə və uşaqlara məxsus əsərlərdən ibarətdir.

Fond tanınmış türk dil haqları fəalı Əlirza Fərşinin rəhbərliyində və kitab habelə nağd pul şəklində yardım toplayaraq fəaliyyət göstərir.

Hədiyyə edilən bəzi kitablar müəllifləri tərəfindən vəqfə bağışlanır. O cümlədən, yazar və mədəni fəal Həsən Raşidinin müəllifi olduğu “Türkcənin İrandakı mövqeyi və kimli böhranı” adlı kitabdır.

"Türkcənin İrandakı mövqeyi və kimli böhranı" - Həsən Raşidi
"Türkcənin İrandakı mövqeyi və kimli böhranı" - Həsən Raşidi

Əlirza Fərşi dil hüquqları sahəsində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs, işdən qovulma və digər basqılara məruz qalıb.

Amnesty International keçən fevral ayında Dünya Ana Dili Günü münasibətilə yayımladığı bəyanatda cənab Fərşini belə təqdim edib:

“O, cəsurdur. Azlıqların hüquqlarının təmin edilməsi üçün kampaniyalar təşkil edir.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG