Accessibility links

Şimali Koreyada böyük həcmli bərpa işlərinə başlanılıb


Avqstun 30-dan başlayan daşqından sonra Şimali Koreyada böyük həcmli bərpa işlərinə başlanılıb.

Hadisə nəticəsində təxminən 140 insan həlak olub, 400 nəfər hələ də itkindir və on minlərlə insan evlərindən didərgin düşüb.

Təxminən 140 min insan təcili yardıma ehtiyacı olduğunu, evlərini və evlərindəki əşyaları itirdiklərni bildirib. 600 min insanın isə içməli suya ehtiyacları olduğu, əkin sahələrinin sıradan çıxdığı və səhhətləri ilə bağlı problemlər yaşandığı bildirilir.

On minlərlə ev və məktəb də daxil olmaqla, binalar ya tamamilə, ya da nisbətən dağılıb.

Dağıntılara səbəbin bir qisminin tikililərin keyfiyyətsiz və daşqına həssas yerlərdə tikilməsi ilə əlaqələndirilir.

Şimali Koreya hökuməti daşqın qurbanlarına yardım çatdırmaq üçün yolların açılmasına kömək məqsədi ilə hərbi briqada səfərbər edib.

BMT-nin Dünya Ərzaq Proqramı 100 mindən çox insana ərzaq çatdırıb.

XS
SM
MD
LG