Accessibility links

Dağıstanda baş verən partlayış Azərbaycana gələn qatarların hərəkətini dayandırıb


Dağıstanda baş verən partlayış Azərbaycana gələn qatarların hərəkətini dayandırıb
Dağıstanda baş verən partlayış Azərbaycana gələn qatarların hərəkətini dayandırıb

Partlayış nəticəsində Azərbaycan istiqamətində qatarların hərəkəti dayanıb

Rusiyanın Dağıstan Respublikasının da dəmir yolunda baş vermiş partlayış nəticəsində “Bakı-Moskva” və “Sankt-Peterburq-Bakı” sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb. Partlayış günorta saatlarında “Qarabağlı-17 kilometr” dəmir yolu keçidində baş verib. Nəticədə yük qatarının bir lokomotivi və beş vaqonu relsdən çıxıb.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, hazırda hadisənin nəticələrini aradan qaldırmaq üçün dörd təmir-bərpa qatarı və yüzdən artıq mütəxəssis cəlb edilib.

RİA-Novosti Agentliyinin məlumatına görə, partlayış nəticəsində həlak olan və zərər çəkən olmayıb.

İlkin məlumatlara görə, partlayış Həştərxandan Bakıya taxıl aparan yük qatarının vaqonlarından birinin altında baş verib.

XS
SM
MD
LG