Rusiya rəsmiləri Dağıstanda həbsxana rəhbərinin və onun cangüdəninin regionun paytaxt şəhərində güllələndiyini deyiblər. Polisin sözlərinə görə həbsxana rəhbəri yaşayacaq. Onun cangüdəni dünən axşam maxaçqalada baş verən atışmada ciddi yaralanıb. Atışma başqa bir Dağıstan həbsxana rəsmisinin ölümü ilə nəticələnən ölümcül hücumdan bir aydan da az vaxt sonraya təsadüf edib. İslamçı yaraqlılar əksəriyyətini müsəlmanlar təşkil edən Qafqazın şimalında müstəqil İslam dövləti yaratmaq istəyirlər. İki müharibədən sonra Çeçenistandakı separatçılar döyüşə hələ də davam edirlər.