Accessibility links

Dağıstanda ruhani-jurnalist qətlə yetirilib


Dağıstanda ruhani-jurnalist qətlə yetirilib
Dağıstanda ruhani-jurnalist qətlə yetirilib

Respublikanın İslam televiziya kanalının rəhbəri naməlum şəxslər tətəfindən öldürülüb

Rusiyanın Dağıstan respublikasının İslam televiziya kanalının rəhbəri, müsəlman ruhaninin paytaxt Mahaçqala şəhərində güllə ilə vurulub öldürüldüyü xəbər verilir. Rusiyanın xəbər agentlikləri molla-jurnalist Maqomed Vaqif Sultanmaqomedovun bu gün nömrəsiz bir maşındakı silahlılar tərəfindən qətlə yetirildiyini bildirirlər.

İtar-Tass xəbər agentliyinin bildirdiyinə görə, ruhani-jurnalistin maşınına atəş açılmış, jurnalist və onun sürücüsü yaralanmışlar. Jurnalistin xəstəxanada, cərahiyyə əməlyyatı aparılarkən dünyasını dəyişdiyi bildirilir. Həbs edilənlər barədə məlumat verilmir.

XS
SM
MD
LG