Accessibility links

Davosda 50-ci Dünya İqtisadi Forumu başlayıb


İsveçrənin Alp dağlarında yerləşən Davos şəhərində 50-ci Dünya İqtisadi Forumuna rəsmən start verilib. Builki proqram altı mövzu üzərində qurulub: Ekologiya, İqtisadiyyat, Texnologiya, Cəmiyyət, Geosiyasət və Sənaye.

Forumda 118 ölkədən 2800-dən çox iştirakçı, o cümlədən 53 dövlət və hökumət başçısı, həmçinin 282-dən çox ictimai xadim - alimlər, icraşı direktorlar, media və incəsənət nümayəndələri də iştirak edir.

Yanvarın 21-də başlayan və üç gün davam edcək forumda həmçinin Mark Zukerberg, Corc Soros və Bill Geyts də iştirak edir.

Forumda dövlət başçılarından Ukrayna prezidenti Volodimir Zelenski, Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Tramp, NATO-nun baş katibi Yens Stoltenberg, BMT-nin baş katibi Antonio Quterreş və Avropa Mərkəzi Bankının sədri Kristin Laqard çıxş edəcək.

Rusiya prezidenti Vladimir Putin Forumda iştirak etmir. Rusiyanı toplantıda iqtisadiyyat naziri təmsil edəcək.

Hər il olduğu kimi bu il də forumun keçirildiyi binanın dəhlizi sərgi salonuna çevrilib. "Təbiətlə Tərəfdaşlıq" adlı sərgi Kuper Hyuvitt və Smithsonian Dizayn Muzeyinin əməkdaşlığı ilə təşkil olunub. Praktiki və konseptual installyasiyaların məqsədi liderləri hər şeyə yeni nöqteyi-nəzərdən yanaşmağa və ətraf mühitlə ahəng bir şəkildə işləməyə təşviq etməkdir.

Forum yanvarın 21-dən 24-ə kimi davam edəcək.

XS
SM
MD
LG