Accessibility links

Davud Əzimzadə və Bəhmən Xaliqi həbsə məhkum edilib


Onlar iki il və bir il müddətinə azadlıqdan məhrum edilib

Marağa İnqilab Məhkəməsi 2012-ci il dekabr ayında Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq keçirilən aksiyalara qatıldıqları üçün mühakimə etdiyi güneyli fəallar Davud Əzimzadə və Bəhmən Xaliqini iki il və bir il həbsə məhkum edib.

Oyan News veb səhifəsində nəşr edilmiş məhkəmə sənədində fəalların məhkum olduğu həbs müddətinin yarısı qəti, digər yarısı isə şərti olaraq qeyd edilib.

“Müttəhimlərin şərti həbs hökmü beş ilə qədər qüvvədə olacaq. Bu müddət ərzində müttəhimlər separatçı, millətçi və İnqilaba qarşı olan şəxslərlə get-gəl etməməli, habelə qeyri-qanuni və İran İslam Respublikasına muxalif qruplarla əlaqə qurmamalıdırlar. Əks təqdirdə onlara qarşı ‘həd’, ‘qisas’, ‘diyə’ ya ‘təzir’ (şəriət cəza növləri) cəzaları həyata keçirilə bilər, habelə məhkəmə şərti həbs qərarını ləğv və onu qəti qərara çevirəcə bilər,” deyə sənəddə yazılır.

Marağa İnqilab Məhkəməsinin hakimi Davərniya tərəfindən çıxarılan hökmdə həmçinin qeyd edilib ki, “müttəhimlər 2012-ci il dekabrın 27-də öncədən planlaşdırılmış şəkildə bilərək və istəyərək İran İslam Respublikası müxaliflərinin təşkil etdiyi qeyri-qanuni aksiyaya qatılıb və sonra SMS, Facebook və anti-İnqilab peyk kanalı “Günaz TV “ vasitəsi ilə aksiyanın xəbərini yayıblar.”
2
012-ci ilin dekabr ayının 27-də İranın Şərqi Azərbaycan vilayəti və Ermənistan Respublikası arasındakı əlaqələrin genişlənməsinə etiraz olaraq Marağanın Müsəlla meydanında keçirilən nümayişə qatılan bir neçə fəal, o cümlədən Davud Əzimzadə, Bəhmən Xaliqi, din xadimi Əbdüləziz Əzimi Qədim və Məhəmməd Dilnəvaz həbs olunaraq Təbrizdəki Ettelaat həbsxanasına göndərilmişdilər.

Həmin etirazlarda iştirak edən azərbaycan fəalları həbs və mühakimədən əlavə başqa təzyiqlərə də məruz qalıb. Aksiyalardan bir neçə ay sonra Şərqi Azərbaycan vilayətinin Binab şəhərində Bəhmən Xaliqiyə məxsus olan Işıq Kitab Evi mağazası dövlət tərəfindən bağlanıb və fəaliyyət icazəsi ləğv edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG