Accessibility links

Davutoğlu Vaşinqtonda Klintonla görüşür


Davutoğlu Vaşinqtonda Klintonla görüşür
Davutoğlu Vaşinqtonda Klintonla görüşür

Türkiyə xarici işlər naziri Vaşinqtonda ABŞ rəsmilərilə Suriyada vəziyyət və İranın nüvə proqramını müzakirə edir

ABŞ-da səfərdə olan Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu bu gün Dövlət katibi Hillari Klintonla görüş keçirəcək. Vaşinqtonda ABŞ rəsmilərilə görüşlər çərçivəsində Davutoğlu Müdafiə naziri Leon Panetta ilə danışıqlar aparacaq. Müzakirələrin diqqət mərkəzində Suriyada vəziyyət və İranın nüvə proqramı məsələlərinin olacağı gözlənilir.

Amerikanın səsinin Türk xidmətinə müsahibə verən Türkiyə xarici işlər naziri ABŞ və Türkiyənin Suriya məsələsində eyni mövqeyə malik olduğunu və eyni dəyərləri bölüşdüyünü bildirib. O, Türkiyənin Suriya xalqının demokratiya tələblərini dəstəklədiyini deyib.

Əhməd Davutoğlu Qərb ölkələrinin İranın nüvə proqramını dayandırması üçün təzyiqləri artırdığı vaxt Türkiyədə bunun yaratdığı təsirlərə toxunaraq, ölkəsinin məsələnin həllində fəal rol oynamağa hazır olduğunu bildirib. O, ABŞ-ın Türkiyənin İran probleminin həllində oynaya biləcəyi rolunu anladığını qeyd edib.

Əhməd Davutoğlu Türkiyə ilə ABŞ arasında münasibətlərin bugünkü durumunu şərh edərək, iki ölkə arasında yüksək əməkdaşlıq səviyyəsini qeyd edib.

Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Türkiyənin xarici siyasət prioritetləri mövzusunda çıxış edib. Davutoğlu ABŞ Konqresində bir sıra görüşlər keçirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG