Ukrayna daxili işlər naziri deyir ki, Rusiya qüvvələri Ukraynanın Krım regionunda iki başlıca hava limanının nəzərətini ələ keçirib. Yaılan başqa bir məlumata görə isə Ukrayanın sahil mühafizəçiləri də Rusiya Hərbi Dəniz Donanması tərəfindən mühasirəyə alınıb.
Daxili işlər naziri Arsen Avakov Facebook səhifəsində bu hadisəni "hərbi müdaxilə" adlandırıb. O deyib ki, Rusiyanın silahlı qoşunları Sevastopol şəhərində Belbek hava limanını əhatəyə alıb. Sevastopolda Rusiya hərbi dəniz bazası yerləşir. Kimliyi bəlli olmayan bir qrup silahlı isə Krımın paytaxtı Simforopolda beynəlxalq hava limanını ələ keçirib.
Bu gün Simforopol hava limanına enən Amerikanın Səsinin əməkdaşı Elizabet Arrot aerportda avtomatlarla silahlanmış maskalıların şahidi olub. O, hazırda vəziyyətin sakit olduğunu və hava limanlarının uçuşları qaydalara uyğun olaraq qəbul etdiyini bildirib.
Associated Press isə Ukrayba Sahil Sərhəd Mühafizə Xidmətinə istinadən bildirir ki, Ukrayna sahil müsafizəçiləri 30-a yaxın Rusiya dəniz qüvvəsi tərəfindən mühasirəyə alınıb. Bu barədə ətraflı məlumat verilməyib.
Rusiya dövlət mediası isə Rusiyanın hərbi müdaxiləsini rədd edən bəyanat yayıb.
Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov fövqənadə iclas çağıraraq təhlükəsizlik rəhbərləri ilə vəziyyəti müzakirə edib.
Ukrayna parlamenti də Rusiyanı onun ərazi bütövlüyünə hörmət etməyə çağırıb.