Accessibility links

ABŞ-ın Merilend ştatında atışma nəticəsində 3 nəfər ölüb, 2 şəxs yaralanıb


Cümə axşamı Merilend ştatının qərbində bir kişi istehsal müəssisəsinə atəş açaraq, üç nəfəri öldürüb. Daha sonra atışmada şübhəli şəxslə özü və bir ştat polisi arasında atışma baş verib və nəticədə onların hər ikisi yaralanıb.

Vaşinqton mahalının şerif ofisi mətbuata açıqlamasında bildirib ki, Smitsburqda “Columbia Machine Inc”də üç nəfər ölü tapılıb, bir nəfər isə ağır yaralanıb. Press-relizə əsasən, şübhəli daha sonra avtomobilə minərək qaçıb və Merilend ştatının polisi tərəfindən izlənib.

Şerifin ofisindən verilən məlumata görə, atışma zamanı şübhəli şəxs və bir polis zabiti yaralanıb. Hər ikisi aldığı xəsarətlərə görə müalicə alır.

Atışma ilə bağlı məlumatlandırılan qubernator Larri Hoqan deyib ki, şübhəli şəxs əsgərlərə atəş açıb, daha sonra isə zabitlərdən azı biri cavab atəşi açaraq, onu yaralayıb.

"Şübhəli şəxs atəş açıb və ştat polisinin çiyninə güllə ilə vurub, o da cavab atəşi açıb və onu vurub", - Hoqan jurnalistlərə bildirib.

Rəsmilərdə şübhəlinin və qurbanların atışmanın baş verdiyi şirkətin işçiləri olub-olmadığına dair məlumat olmayıb. Bu barədə Şerif Ofisinin serjantı Karli Hose mətbuat konfransında deyib.

Müəssisə işçilərinin ailə üzvləri cümə axşamı Smitsburq şəhərinin mərkəzindəki yanğınsöndürmə məntəqəsinə toplaşaraq, yaxınları haqqında məlumat gözləyirdilər. Onlar müxbirlə danışmaqdan imtina ediblər.

Atışmadan bir neçə saat sonra hüquq-mühafizə orqanlarının çox sayda əməkdaşları hadisə yerində qalıb. Polis “Columbia Machine” obyektinin yanından keçən yolu bağlayıb.

Şirkətdən hadisə ilə bağlı dərhal şərh almaq mümkün olmayıb.

Təxminən 3000 nəfərdən ibarət Smitsburq icması Kemp Devid prezident iqamətgahının qərbində və Baltimordan təxminən 120 kilometr şimal-qərbdə yerləşir. İstehsal müəssisəsi isə şəhər mərkəzinin şimal-şərqində, yaxınlıqda kilsə, bir neçə biznes və əkin sahələrinin olduğu az məskunlaşan bir ərazidə yerləşir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG