Accessibility links

İslam Dövləti qrupunun məsuliyyətini üzərinə götürdüyü hücumda ölənlərin sayı 91-ə çatıb


İslam Dövləti qrupunun Kirmanda etdiyi hücumun qurbanlarının dəfn mərasimi.
İslam Dövləti qrupunun Kirmanda etdiyi hücumun qurbanlarının dəfn mərasimi.

İranda İslam Dövləti qrupunun məsuliyyəti üzərinə aldığı intiharçı bomba hücumunda ölənlərin sayı ən azından 91-ə çatıb. Bu barədə şənbə günü dövlət televiziyası məlumat verib.

Televiziya ölkənin fövqəladə xidmətinin sözçüsü Babək Yektapərəstdən sitat gətirərək bildirib ki, hücumda yaralanan 8 yaşlı oğlan və 67 yaşlı kişi həyatını itirib.

Yektapərəst deyib ki, hələ də 102 nəfər xəsətəxanalarda müalicə olunur, onlardan 11-nin vəziyyəti kritikdir.

Çərşənbə günü baş verən hücumda intiharçı bomba hücumçusu partlayıcılarını partladıb, 20 dəqiqə sonra isə, fövqəladə işçilər və digərləri yaralılara yardım etməyə çalışırkən digərini partladıb.

Hücum paytaxt Tehranın təxminən 820 kilometr cənub-şərqində Kirmanda baş verib. Hücumda 2020-ci ildə ABŞ-ın dron hücumu nəticəsində öldürülən İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat aparan Qüds Qüvvələrinə başçılıq edən general Qasım Süleymaninin ölüm ildömünü qeyd edən mərasim hədəf alınıb.

Kəşfiyyat nazirliyi cümə günü bildirib ki, intiharçı hücumu edən iki nəfər Tacıkistan vətəndaşı olub və hücumlar əlaqəsi olan 11 nəfər həbs edilib.

İranın kəşfiyyat nazirliyi bəyanatında bildirib ki, təhlükəsizlik qüvvələri Kirmanda intiharçı bomba hücumu həyata keçirənlərlə dəstək verən iki nəfəri, İranın digər hissələrində isə insidentlər əlaqəsi olmaqda şübhəli bilinən doqquz nəfəri həbs edib.

Bu, 1979-cu il İslam İnqilabından bəri İranda baş verən ən ölümcül hucumlardır

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG