Accessibility links

Angus Deaton 2015-ci il iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb


ABŞ-ın Priston Universitetinin professoru Angus Deaton 2015-ci il iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

İsveçin Kral Elmlər Akademiyası alimə bu yüksək mükafatın istehlak, yoxsulluq və sosial təminatla bağlı araşdırmlarına görə verildiyini bildirib.

Deatonun tədqiqatı mikroiqtisadiyyat, makroiqtisadiyyat və iqtisadi inkişaf sahələrində transformasiyaya yol açıb.

Şotlandiyada doğulan alim Britaniya və ABŞ vətəndaşıdır. O, Priston Universitetinin İqtisadiyyat və Xarici Əlaqələr kafedrasında 1983-cü ildən çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG