Sentyabrın 29-da keçiriləcək ilk debat zamanı prezident Tramp və sabiq vitse-prezident Co Baydenin mühüm yanlışlıqlara yol verməməsi qarşıya qoyulan əsas məqsəddir.
Kennedinin Nikson əleyhinə
Klintonun Tramp əleyhinə....
Prezident debatları karyeraları müəyyən edəcək bəzi məqamları ilə ABŞ siyasətində misilsiz yer buraxıb.
“Demək olar ki, hər bir debat Amerika xalqına namizəd haqda bilmələri lazım olan məqamları üzə çıxarıb” , prezidentliyə sabiq demokrat namizəd Volter Mondeyl bildirib.
Volter Mandeyl bununla iki dəfə - Ronald Reyqanın ikinci dönəm prezidentliyi əleyhinə yarışarkən üzləşib.
“Reyqan həqiqətən ssenarisini çox yaxşı izləmirdi. Kampaniyası boyu çıxışları, nitqlərin ortasında hər şeyi, geydyi yolu unudurdu” - deyə, Mondeyl əlavə edib.
“…Müdafiə xərclərinin üçdə iki hissəsi ya maaşlar, digər məsrəflər və ya pensiyaya ödənilir. Silahlar üçün isə çox az bir məbləq qalır” - deyə, Reyqan bildirib.
“Bizim namizədləri televiziyada yan-yana, filtersiz, jurnalistlərin mediatorluğu olmadan və onların deyəcəklərinə kənardan təsir olmadan görmək və deyəcəklərini eşitmək imkanlarımız çox deyil..”
Alan Şroyder Northeastern Universitinin jurnalistika üzrə professorudur. Onun yazdığı kitab 1960-cı ildə Con Kennedi və Riçard Nikson arasında keçirilən ilk debatla başlamaqla, prezident debatlarında televiziyanın rolundan bəhs edir.
“Nikson xəstəxanadan bir neçə həftə əvvəl çıxmışdı. Çox çəki itirmişdi. Solğun görünürdü. Makiyajı lazımi kimi deyildi. Tərləyirdi. Bir sözlə kamemerada yaxşı görünmürdü.”
“Bilirsinizmi, Nikson makiyajdan imtina etmişdi. Bunun üçün kölgəli görünürdü. Onu radioda dinləyən düşünürdü ki, o, qalib gələcək. Lakin televiziyanı izləyənlər Kennedinin zəfərindən əmin idi..” - deyə, Frank Sesno bildirib.
Frank Sesno Corc Vaşinqton Universitetinin Strateji Təşəbbüslər Proqramının direktorudur və həm də CNN-nin Ağ Evdəki sabiq müxbiridir.
“Cerald Fordun ən məhhur anı onun Polşanı Sovet İmperiyasının təsirində olmadığını deməsi idi. …”
“Şərqi Avropada sovetlərin üstünlüyü heç vaxt olmayıb və Ford administrasiyası altında da heç vaxt olmayacaq..” , Ford demişdi.
“O geriyə baxsaq moderatorun nitqinin kəsildiyini görərsiniz. ”
Meri Keyt Kari Virciniya Miller Mərkəzi Univrsitetində siyasi elmlər üzrə dərs verir. O, Ross Perot və Bill Klintonla debatlarında Corc Buşun mətnini hazırlamışdı.
“Onlardan biri qaydaları pozurdu. Bu, ayrılan vaxtdan daha çox vaxtdan istifadə edilməsi idi. Kerol Simpson qaydaları tələb etmirdi. Corc Buş saatını göstərərək ona çıxışı dayandır demək istəyirdi. Auditoriya qaydaları bilmir. Onlar düşünürdü ki, Buş saatına baxmaqla daha yaxşı nəsə etmək istəyir. Və ya hamburqer almaq istəyir. Bu, Buşa tərs bir effekt oldu..”
“O zaman Buş orada olmaq istəmirdi. Özünü seçicilərinə bu yolla təqdim etmək istəmirdi. İllər sonra verdiyi bir müsahibədə də orada olmaq istəmədiyini etiraf etmişdi. …” , Alan Şroyder deyib.
Onun 1984-cü ildə Mondeyllə ilk debatlarının yaratdığı şübhələrə baxmayaraq, bu iş üçün yaşlı olduğu deyilən Ronald Reyqan son gülən olmuşdu.
“Bilmənizi istəyirəm ki, yaşımı bu kampaniyanın mövzusu etməyəcəm. Siyasi məqsədlər üçün rəqibimin gəncliyindən və təcrübəsizliyindən istifadə etmək fikrində deyiləm. ”
“Bilirsinizmi, bunun zarafat olduğunu düşündüyüm üçün gülürdüm. Onun vurduğu zərbə çox effektiv oldu. Mənim güldüyüm vaxt bir neçə damla göz yaşlarım da var idi” - Mondeyl etiraf edib.