Accessibility links

Dehlidə 23 yaşlı tələbənin zorlanması və ölümündə ittiham edilənlər məhkəmə qarşısına çıxarılıb


Dehlidə 23 yaşlı tələbənin zorlanması və ölümündə ittiham edilən beş şəxs qadına qarşı törədilmiş cinayətə görə bu gün məhkəmə qarşısına çıxarılıb.

Faktla bağlı arqumentlərin məhkəməyə təqdimi gözlənir. Təqsirləndirilənənlərdən ikisinin təcavüz və ölümdə günahsız olduqlarını bildirməlidir. Müttəhimlərin vəkili onların polis tərəfindən işgəncə altında etirafa məcbur edildiklərini bildirir.

Prokurorluq deyir ki, DNK testi, telefon qeydləri və qurbanın etirafı cinayət işinin sübutu sayılacaq.

Baş ittihamçı deyib ki, o, beş nəfər üçün olüm hökmü tələb edəcək. Altı şübhəli şəxs azyaşlı olduğu üçün işlərinə ayrı baxılacaq.
Sürətləndirilmiş məhkəmə Hindistanda ləng ədalət sisteminin olduğu üçün qurulub.
XS
SM
MD
LG