Accessibility links

Qəzvin-Rəşt dəmir yoluna ilk qatarlar buraxılacaq


“İran qış fəslinin sonunadək Qəzvin-Rəşt dəmir yolu ilə ilk qatarını yola salacaq”.

Bu barədə APA agentliyinə İranın yollar və şəhərsalma nazirinin müavini, Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin baş direktoru Xeyrullah Xadim deyib.

X. Xadim bildirib ki, İran qış fəslinin sonunadək Qəzvin-Rəşt dəmir yolu layihəsini tamamlamaq niyyətindədir.

“Üç ay ərzində Qəzvindən Rəştə ilk qatarı xəttə buraxmaq niyyətimiz var. Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi üçün Rəşt-Astara dəmir yolu layihəsinə start verilib. Hazırda İranın Astara şəhərində dayanacaqlar və yükboşaltma məntəqələri ilə bağlı işlər görülür”.

Qeyd edək ki, Azərbaycan-İran razılaşmasına əsasən, “Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsi çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu dekabrın 25-də istifadəyə veriləcək. İran Dəmir Yollar Təşkilatının açıqlamasında bildirilir ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradacaq. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatdırılacağı proqnozlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG