Accessibility links

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür


1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
please wait

No media source currently available

0:00 0:12:32 0:00

“Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva Amerikanın Səsinə danışıb

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür.

Statistikaya görə, dünyada 37 milyona yaxın insan HİV/QİÇS-lə yaşayır. Onların 18 milyonundan çoxu 15 yaşından aşağı uşaqlardır.

Hər gün 1.8 milyon adam bu xəstəliyə yoluxur. Onların 180 minini 15 yaşından aşağı uşaqlar təşkil edir.

Azərbaycanda hamilə qadınlar və arayış üçün müraciət edənləri çıxmaq şərti ilə testlər geniş əhali populyasiyası arasında geniş yayılan bir adət deyil

“Rəsmi və qeyri-rəsmi statiktikaya görə Azərbaycanda nə qədər insan QİÇS xəstəsidir?” sualının cavabında “Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva bildirib ki, Azərbaycanda rəsmi statistika dekabrın 1-də açıqlanır. Lakin indiyədək 7 min nəfər qeydiyyatdadlr.

“Bu statistika reallığı çox az əks etdirir. Çünki Azərbaycanda hamilə qadınlar və arayış üçün müraciət edənləri çıxmaq şərti ilə testlər geniş əhali populyasiyası arasında geniş yayılan bir adət deyil. HİV müayinələri yalnız konkret hallarda mövcuddur”- deyə, Zülfiyyə Mustafayeva əlavə edib.

O deyib ki, ölkə əhalisinin əksəriyyəti İİV statusundan xəbərsizdir.

Xəstəliyin yayılma sürəti, bunun azalma və ya çoxalması məsələsinə gəlincə, Zülfiyyə xanım burada əsas kriteriyanın azalma və ya çoxalma deyil, əsasən xəstəliyin aşkarlanıb-aşkarlanmaması olduğunu deyib. O, xəstəliyin cavanlaşması haqda bildirib ki, gənc və orta nəsil arasında bu xəstəliyə daha çox rast gəlinir.

“Əhalinin işlək qüvvəsi arasında İİV-in yayılması onun gəncləşdiyinin nümunəsidir. Bundan əlavə uşaqlar arasında, ana bətnindəki körpələrdə bu virusa yoluxma halları digər ölkələrlə müqayisədə daha yüksəkdir”- deyə, Zülfiyyə Mustafayeva vurğulayıb.

2015-ci ildə Azərbaycanda “Ailə Məcəlləsi”nə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən 2015-ci ilin iyunundan nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Hazırda bu dəyişikliyə riayət edildiyinə deyən “Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri 2015-ci ildən bu tərəfə evlənmək istəyən şəxslər arasında İİV-ə yoluxma hallarının müşahidə edildiyini deyib. Lakin o hesab edir ki, bir dəfə analiz verməklə, bu virusdan sığortalanmaq mümkün deyil.

“Riskli cinsi münasibətlər hər zaman baş verə bilər. Bu halda ailələri kim müayinə edəcək? Bizim kişilərin qeyri-sabit cinsi partnyoları var. Onlar hər zaman bu virusu küçədən evə daşıya bilərlər.”

Müayinələrin ildə bir dəfə keçirilməsinin mühümlüyünü önə çəkən Zülfiyyə xanım xəstəliyə yoluxma mənbələrindən də danışıb. O deyib ki, bizim ölkənin özünün spesifik yoluxma xüsusiyyətləri var.

“10 il əvvəl venadaxili narkotik inyeksiyalar yolu ilə İİV-in yayılması xarakterik hal almışdı. İkincisi, cinsi yolla yoluxma idi. Daha sonra eyni cinsli və miqrant yolları gəlirdi. Son 2 ildə bu xüsusiyyətlər dəyişib. Venadaxili narkotik inyeksiyalar yolu ilə İİV-in yayılması daha az (20% az) müşahidə olunur. Bunun əvəzində isə heteroseksuallar arasında İİV-in yoluxması halları artıb.”

XS
SM
MD
LG