Accessibility links

Dekabrın 1-də Azadlıq və Yeni Müsavat qəzetləri ilə bağlı məhkəmənin hazırlıq iclası olacaq


Dekabrın 1-də Azadlıq və Yeni Müsavat qəzetləri ilə bağlı məhkəmənin hazırlıq iclası olacaq
Dekabrın 1-də Azadlıq və Yeni Müsavat qəzetləri ilə bağlı məhkəmənin hazırlıq iclası olacaq

Qəzetlər bu ilin iyun və iyul aylarında nazir oğlunun restoranların birində diri ayını kəsdirib kabab çəkdirib dostları ilə kef məclisi qurması və Bakıdakı çimərliklərin birində batan bahalı yaxtanın ona məxsus olması ilə bağlı məlumatlar dərc edib

Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov ölkənin ən çoxtirajlı qəzetləri olan Yeni Müsavat və Azadlıq qəzetlərini məhkəməyə verib. Artıq hər iki qəzetin redaksiyasına məhkəmə bildirişi daxil olub.

A.Məmmədov işgüzar nüfuzuna xələl gətirdiyinə görə, qəzetlərin hər birindən 250 min manat (300 min ABŞ dolları) məbləğində pul tələb edir.

Qəzetlər bu ilin iyun və iyul aylarında nazir oğlunun restoranların birində diri ayını kəsdirib kabab çəkdirib dostları ilə kef məclisi qurması və Bakıdakı çimərliklərin birində batan bahalı yaxtanın ona məxsus olması ilə bağlı məlumatlar dərc edib. A.Məmmədov indiyədək qəzelərə hər hansı təkzib göndərməyib və beş aydan sonra məhkəməyə müraciət edib.

Azadlıq qəzetinin redaktoru Qənimət Zahid “Amerikanın səsi” radiosuna bildirib ki, redaksiya məlumatla bağlı A.Məmmədovun mövqeyini dəfələrlə öyrənməyə çalışıb. “Ancaq, Anar Məmmədov məlumata reaksiya vermədi. Biz məhkəməyə həmin məlumatları qəzetə verən mənbə ilə birgə gedəcəyik”.

Redaktorun sözlərinə görə, Anar Məmmədov “Azadlıq” qəzetinin 01 iyul 2010-cu il tarixli sayında dərc olunan “Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı məqaləyə görə məhkəməyə verib.

Dekabrın 1-də saat 14.30-da Yasamal rayon Məhkəməsində işlə bağlı hazırlıq iclası keçiriləcək.



XS
SM
MD
LG