Accessibility links

Delta hava yolları kompüter sistemində problemlərlə üzləşib


Hava yolları şirkəti gecikmələrin və uçuşların ləğvinin davam edəcəyini deyib

Delta hava yollarında bazar ertəsi yaranan kompüter sistemindəki probleml'r səbəbilə minlərlə sərnişin təyyarələrini qaçırıb. Hazırda şirkət uçuşları bərpa etməyə çalışır.

Hava yolları şirkəti gecikmələrin və uçuşların ləğv edilməsinin davam edəcəyini deyib.

“Sualların çox və gözləmə müddətinin uzun olduğu bir zamanda müştəri xidmətlərimiz əllərindən gələni edirlər,” deyə Delta şirkəti bəyanatında bildirib.

Hava yolları şirkəti elektrik çatışmazlığı nəticəsində yaranan kompüter sistemindəki problemə görə ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən əməliyyat mərkəzini günahlandırıb.

XS
SM
MD
LG