Accessibility links

Delta Hava Yollarının kompyuter sistemində problem hələ də davam edir


Delta Hava Yolları şirkəti bazar ertəsi çökən kompyuter sistemlərini bərpa etməyə çalışarkən çərşənbə axşamı da təxminən 100 uçuşu təxirə salmağı planlaşdırır.

Aviaşirkət problemi Atlantadakı mərkəzdə elektrik enerjisinin kəsilməsi ilə əlaqələndirib və bəzi mühüm sistemlərin ehtiyat sisteminə keçmədiyini deyib.

Kompyuter şəbəkəsi funksiya göstərmədiyi üçün Delta bazar etəsi günü ABŞ-da və bütün dünya boyu 870 uçuşu ləğv edib, minlərlə digər uçuş isə təxirə salınıb.

Sənaye ekspertləri aviaşirkətin kompyuter sistemində problemi əvvəllər rəqib olan şirkətlərin köhnə kompyuter sistemlərinin inteqrasiyasını əhatə edən daha geniş korporasiyalarda birləşməsi ilə əlaqələndirir.

Təhlilçilər bildirir ki, köhnə sistemlərdə bu kimi problemlər daha tez-tez baş verir, belə ki operatorlar uçuşla bağlı xidmətlər və işçi qrafikindən tutmuş elektron gediş-gəliş məlumat ekranlarınadək hər şeyi avtomatlaşdırırmağa davam edirlər.

Ötən ay Southwest Hava Yolları şirkətinin kompyuter sisteminin çökməsi səbəbilə 2 min 300 uçuş ləğv olunub, 8 min uçuş isə təxirə salındığı üçün şirkət rəsmi şəkildə üzr istəmiş və sərnişinlərə güzəştli qiymətlər təklif etmişdi. Şirkət bundan sonra yeni texnologiyalara milyonlarla dollar vəsait sərf edib.

United Hava Yolları şirkəti da ötən il eyni problemlə üzləşib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG