Accessibility links

Delta dördüncü kateqoriyalı qasırğaya çevrilib


ABŞ-ın Milli Qasırğa Mərkəzinın bildirdiyinə görə, bazar ertəsi adı verilən tropik fırtınası olaraq başlayan Delta 27 saat ərzində saatda 215 kilometr güləklə 4 kateqoriyalı qasırğaya çevrilib.

Milli Qasırğa Mərkəzi fırtınanın çərşənbə axşamı 2-ci kateqoriyalı bir qasırğa olaraq başladığını və küləyin sürətinin saatda təxminən 175 olduğunu bildirib. Meteoroloqlar fırtınanın bir neçə saat ərzində gücünü artıraraq 3-cü kateqoriyaya çatdığını və 4-cü kateqoriya gücünə çatmasının yalnız 20 dəqiqə çəkdiyini deyib.

Deltanın çərşənbə günü Kankun və Yukatan a maksimum, saatda 225 km küləklərlə çatacağı təxmin edilir. Sinoptiklər Yukatan yarımadasını keçdikdən sonra fırtınanın gücünü itirəcəyini, lakin Meksika körfəzinin cənubundakı isti sulardan şimal-şərqə doğru kəskin sağa döndüyünə görə yaxın 48-72 saat ərzində yenidən güclənəcəyini deyir.

Qasırğa mərkəzi şimala doğru irəlilədiyi zaman soyuq suyun və küləyin fırtınanı bir az zəiflədə biləcəyini, lakin Deltanın həftəsonu ABŞ-ın Körfəz Sahilinə yaxınlaşdıqda təhlükəli bir qasırğa olaraq qala biləcəyini bildirib.

Sinoptiklərin bildirdiyinə görə, Delta sahillərə irəlilədikcə qasırğa gücünü qoruyarsa, Hanna, Laura və Sallidən sonra bu il bölgəni güclü vuran dördüncü qasırğa olacaq.

Şərhlərə bax

XS
SM
MD
LG