Accessibility links

Delta qasırğası ABŞ-ın körfəz sahillərini vurur


ABŞ sinoptiklərinin cümə axşamı gecə saatlarında bildirdiyinə görə, Delta qasırğası ABŞ-ın Körfəz Sahilinə doğru irəlilədikcə "bir az" güclənib.

Milli Qasırğa Mərkəzi Deltanın Texas, High İsland və Missisipi ştatının Ocean Springs sahillərə həyati təhlükəsi olan bir fırtına dalğası gətirə biləcəyini bildirib.

Meteoroloqlar Deltanın mərkəzinin cümə gününə keçən gecə körfəzin şimal-qərb bölgəsinə çatdığını, günortadan sonra və ya axşam saatlarında quruya doğru hərəkət edəcəyini deyib.

Mərkəzin son məlumatında deyilib ki, saatda təxminən 195 km sürətlə hərəkət edən 3-cü kateqoriyalı qasırğa olan Deltanın gecə bir az da güclənməsi mümkündür.

Qasırğanın cümə günü körfəzin şimal sahillərinə doğru irəlilədikcə zəifləyəcəyi gözlənilir. Sinoptiklər fırtınanın mərkəzinin quruya keçməsindən sonra sürətinin zəifləyə biləcəyini bildirib.

Delta çərşənbə günü Meksikanın Yukatan yarımadasını 2-ci kateqoriyalı fırtına kimi vurub. Küçələri su basıb, ağaclar yıxılıb və yüz minlərlə insan elektriksiz qalıb. Rəsmilər ölən və ya yaralananların olmadığını bildirib.

Çərşənbə axşamı Cənubi Karib dənizi boyunca hərəkət edərək, Delta bir gün sonra 20 dəqiqə ərzində 2-ci kateqoriyadan 4-cü kateqoriyalı fırtınaya çevrilib.

XS
SM
MD
LG