Accessibility links

Delta qasırğası Luiziana ştatını vurub


Delta qasırğası cümə günü Luiziana ştatına çatıb. Bundan altı həftə öncə isə Laura qasırğası ştatda dağıntılara səbəb olmuşdu.

Delta qasırğası Luiziana ştatının cənubunda 12 saat ərzində 45 santimetr yağışlara səbəb olub.

ABŞ metereoloqları bildirir ki, Delta cümə axşamı saatlarına Luiziana ştatının mərkəzində, demək olar ki, Laura qasıröası ilə eyni yerdə quruya çatıb.

Milli Qasırğa Məkrəzi şənbə günü Deltanın gücünün tropik qasırğa səviyyəsinə düşdüyünü və Luizianın bir çox hissəsində leysan yağışlar və saatda 95 kilometr sürəti olan küləklə müşaiyət olunduğunu bildirib. Deltanın səbəb olduğu yağışlar və küləklər Laura qasırğasından sonra binaların üzərlərinə yerləşdirilən brezentləri qoparıb.

Luiziana ştatının Leyk Artur şəhərindən Conni Viver Associated Press-ə bildirib ki,“bir çox yerdə elektrik xəttləri qırılıb, bəzi yerlər isə tamamilə suyun altında qalıb.”

Metereoloqlar deyir ki, Deltanın şənbə Luizianın mərkəzi və şimal-şərqi, daha sonra isə Mississippi ştatının şimalı, bazar günü isə Tennessi Vadisinə doğru istiqmət alacağı gözlənilir.

Deltanın şənbə günü tropik siklona çevriləcəyi proqnozlaşdırılır.

XS
SM
MD
LG