Accessibility links

Dəməşq yaxınlığındakı son anklavdan döyüşçülər təxliyə edilir


Suriyanı monitorinq edən təşkilat bildirir ki, İslam Dövləti döyüşçüləri Dəməşq yaxınlığındakı sonuncu anklavdan təxliyə edilirlər. Bu addım nəticəsində dövlətin əraziyə tam nəzarəti bərpa ediləcək.

Britaniyada qərargahlaşmış Suriyanın İnsan Hüquqları Naminə Müşahidəsi qrupu deyir ki, döyüşçülərin və onların ailələrinin Yarmuq Fələstin qaçqın düşərgəsindən təxliyəsi bazar günü başlayıb. Avtobuslar döyüşçüləri və ailə üzvlərini paytaxtdan qərbə, Suriya Səhrası istiqamətinə daşıyır.

Reuters agentliyinin verdiyi məlumata görə, bu anklav Suriyanın qərb ərazisindən üsyançıların nəzarətində olan sonuncu ərazi idi.

XS
SM
MD
LG