Accessibility links

Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı marşrutu açılacaq


“Azərbaycan Dəmir Yolları” -nın sədri Cavid Qurbanovla İran Dəmir Yollarının rəhbəri Abbas Hajfathaliha görüşüb
“Azərbaycan Dəmir Yolları” -nın sədri Cavid Qurbanovla İran Dəmir Yollarının rəhbəri Abbas Hajfathaliha görüşüb

Martın 3-də Naxçıvanda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Hajfathaliha görüşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi saytının məlumatınagörə, görüşdə "Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli”, “İran Dəmir Yolları tərəfindən Azərbaycan Dəmir Yollarına məxsus yük vaqonlarının birgə istifadəsi”, “Rəşt-Astara dəmir yolu bağlantısının tikilməsi üçün maliyyə mənbələrinin araşdırılması” məsələləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində aparılan uğurlu siyasətdən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, gələcəkdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məsələlərindən danışıb.

Azərbaycan və İran dəmir yolları mütəxəssislərinin mart ayı ərzində təkərdəyişmə məntəqəsinin yerləşdiyi Culfa stansiyasında birgə araşdırmalar aparması, Azərbaycan və İran dəmir yollarının sərnişin bilet satışı sistemlərinin uyğunlaşdırılması imkanlarının araşdırılıb müzakirəyə çıxarılması və növbəti görüşün aprel ayında keçirilməsi qərara alınıb.

XS
SM
MD
LG