Accessibility links

Demokrat namizədlər afro-amerikalıları səsverməyə cəlb etməyə çalışır


Demokrat namizədlər afro-amerikalıları səsverməyə cəlb etməyə çalışır
Demokrat namizədlər afro-amerikalıları səsverməyə cəlb etməyə çalışır

Bəzi könüllülər Baltimor şəhərində afro-amerikalıları səsvermə məntəqələrinə gətirmək missiyası daşıyırlar. Onlar seçki günü qabağı erkən səsvermədə aktivliyi artırmaq üçün qapı-qapı gəzirlər.

Bu yaxınlarda keçirilən rəy sorğuları göstərir ki, Respublikaçılar ABŞ Konqresində çoxluğa sahib olacaqlar. Respublikaçılar həmçinin ştat və yerli seçkilərdə üstünlük əldə edəcəklər. Bu arada Demokrat Partiyasının namizədləri partiyanın əsas bazası olan afro-amerikalıları aktivləşdirməyə can atırlar.

Bəzi könüllülər Baltimor şəhərində afro-amerikalıları səsvermə məntəqələrinə gətirmək missiyası daşıyırlar. Onlar seçki günü qabağı erkən səsvermədə aktivliyi artırmaq üçün qapı-qapı gəzirlər.

“Biz insanları indidən səs verməyə ruhlandırırıq. Kimsə evdədirsə indidən səs versin, ” deyə Merilənd ştat qanunvericiliyinə üçüncü dönəm millət vəkili seçilməyə çalışan Kit Heyns bildirir. Kampaniya aparmaqdan əlavə, o, insanları seçki ilə bağlı ruhlandırmağa çalışır.

Təşkilatçılar deyirlər ki, afro-amerikalılar arasında Konqres seçkilərində iştirak prezident seçkiləri ilə müqayisədə 30 faiz az olur. Melani Kambell Afro-Amerikalı Vətəndaş İştirakı Milli Koalisiyasının prezidentidir. “Zənnimcə, bu, bizim hamımızdan aktivlik tələb edir. Bütün icma anlamalıdır ki, bu, mühüm seçkidir və evdə oturmaq yaxşı seçim deyil,” o, söyləyir

Partiyanın rəhbəri kimi prezident Barak Obama Demokratlara seçkidə qələbə qazandırmaq istəyir və Respublikaçıların Konqresi ələ keçirməsinin qarşısını almaq istəyir.

Devid Bositis Vaşinqtonda Birgə Siyasi-İqtisadi Mərkəzin analitikidir. O, deyir ki, ələlxüsus cənub ştatlarında afro-amerikalıların səsvermədə iştirakı respublkaçıların konqresə nəzarətini müəyyən edəcək. “Ağlarla afro-amerikalılar arasında iştirakda ciddi fərq olmayanda bundan Demokratlar bəhrələnir. Fərq böyük olanda isə Respublikaçılar bundan faydalanır,” deyə o, bildirir.

Respublikaçıların müqavimətini qırmaq üçün Demokratlar ölkə boyu afro-amerikalıların səfərbər edilməsi üçün 2 milyon dollardan artıq pul xərcləyir. Kit Heyns illərlə səs verməmiş adamları hədəf aldığını deyir. O, adətən səs verən adamlarla yanaşı yeni qüvvələrin seçki prosesinə cəlb edilməsini mühüm hesab edir.

Siyahıyaalma Bürosu deyir ki, 2008-ci il seçkilərində ilk dəfə olaraq afro-amerikalılar faiz baxımından ağlardan daha fəal iştirak ediblər. Bu rəqəmin kəskin azalacağından ehtiyat edən könüllülər öz səylərini davam etdirirlər.

XS
SM
MD
LG