Accessibility links

Demokrat qanunvericilər polis qanunlarında islahatlara çağırır


Konqresdəki Demokratlar sərt tədbirlər tətbiq edilməsini tələb edən prezident Trampla yeni qarşıdurma yaradaraq, bazar ertəsi onilliklər ərzində ölkənin polis qanunlarının geniş islahatına çağırıb.

"Dünya ölkəmizdə yeni bir hərəkatın doğulduğunun şahidi olur. İnsanlar küçələrə sadəcə dəyikşiklik tələb etmək deyil, polis zorakılığına son qoymaq, irqçiliyə son qoyulması, bir polis tərəfindən xəsarət aldığı zaman məhkəməyə müraciət etmə hüququndan məhrum edilməsi prosesinə son qoyan əsaslı dəyişikliklər üçün çıxır" - deyə, qanunvericiliyin həmtəsisçilərindən biri olan Karen Bass jurnalistlərə bildirib.

İki həftə əvvəl polis nəzarətində olan 46 yaşlı afroamerikalı Corc Floydun Minnesota ştatının Minneapolis şəhərində ölümündən sonra həm Nümayəndələr Palatasında, həm də Senatdakı Demokratlar polisin cavabdehliyinin artırılmasına çalışır.

Demokratlar çərşənbə günü Nümayəndələr Palatasında dinləmələrə başlamağı planlaşdırıb. Onlar "Polisin İşində Ədalət Aktı 2020" adlandırdıqları qanun layihəsinin ayın sonunadək qəbul ediləcəyinə ümid edir. Əgər buna nail olunsa, sənəd Respublikaçıların nəzarət etdiyi Senatın da təsdiq edilməlidir. Senatda polisin işi ilə bağlı dinləmələr gələn həftəyə təyin edilib.

Bundan öncə bir neçə dəfə polis sıralarında islahatlar və silahlara nəzarətə dair qanun layihələrinin təsdiqi cəhdləri nəticə verməyib. Hazırda nə qədər respublikaçının polisin işində islahatların keçirilməsi səylərinə qoşulacağı bəlli deyil. Nümayəndələr Palatasında azlıqda olan Respublikaçıların lideri, konqresmen Kevin Makkarti iki partiyanın ortaq zəmin əldə edəcəyinə inandığını deyib.

XS
SM
MD
LG