Accessibility links

Honq Konqda nümayişçilərlə bir qrup insan arasında qarşıdurma olub


Honq Konqun mərkəzində yüzə yaxın qrup insanla demokratik islahatlar tələb edən nümayişçilər arasında qarşıdurma yaranıb.

Qrupun bəzi üzvləri nümayişçilərin barikadalarını dağıtmağa cəhd göstərib. Taksi sürücüləri həmçinin həftələrlə etiraz nümayişi keçirən insanlara çığıraraq və siqnallara basaraq etirazlarını bildirib.

Polis barrikadaların bəzilərini qaldıraraq ərazini nəqliyyata açıb.

Etirazlar əksəriyyəti tələbələr olmaqla sentyabr ayının sonlarında başlayıb. Onlar şəhər rəhbərliyinin istefasına çağıraraq, Çin hökumətinin seçkilərə müdaxiləsini və namizədlər üzərində qadağanın qaldırılmasını tələb edir.

İcra hökumətinin rəhbəri Leunq Çun-yinq istefa verməyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG