Accessibility links

Demokratların 2020-ci il prezident seçkilərinə erkən dalğası


Demokratların 2020-ci il prezident seçkilərinə erkən dalğası
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Son günlər bir neçə demokrat 2020-ci il prezident seçkilərinə ilk addımlarını atıb. Demokratlar yenidən seçkilərə qatılacaq prezident Donald Trampa qarşı bir çox namizədin mübarizəyə qatılacağını gözləyir. Lakin hal-hazırda demokratlar tərəfindən öndə gedən yoxdur.

Demokrat Elizabet Uoren Nyu Hempşir və Ayova ştatlarına səfər edərək ilkin yarışlara qatılanlardandır.

"Bu gün Amerikada olan minimum əmək haqqı bir ana və bir körpəni yoxsulluqdan xilas etməz. Bu fərqi düşünün, çünki mənim üçün bu hər şeydən əsasdır", Elizabet Uoren demokrat senator.

Sabiq inşaat naziri Culian Kastro da Uorrenə seçkiqabağı kampaniyada qoşulub.

"Birlikdə biz ümidin qorxudan, işığın qaranlıqdan və həqiqətin yalanlardan üstün olduğunu sübut edəcəyik", Culian Kastro sabiq nazir.

Uorren artıq yarışa qatılmış və ya qatılmağı planlaşdıran Nyu-York senatoru Körsten Gillibrant, Havay nümayəndəsi Tulsi Qabbard, Kaliforniya senatoru Kamala Harris və Minesota senatoru Emi Klobuçar da daxil olmaqla, bir çox demokrat qadın nümayəndədən biridir.

Seçkilərə qatılmaq istəyənlər arasında texaslı konqresmen Beto Orurke, Nyu-Cersi senatoru Kori Buker və sabiq vitse-prezident Co Bayden də var.

"Amerikanı parçalamaq gücdə olan yeganə qüvvə elə Amerikanın özüdür. Biz bunun başladığını gördük və elə indi buna son qoymalıyıq!", sabiq vitse-prezident Co Bayden.

Təhlilçi Lari Sabatonun sözlərinə görə, Bayden ən çox tanınanı olsa da, hal-hazırda heç bir demokratın açıq aydın üstünlüyü yoxdur.

"Hətta Bayden də güclü öndə gedən deyil. O, sorğularda 30, 35 və 40 % nəticə göstərib. Bu, 2016-cı il yarışlarında öndə gedən Hilari Klintonun və başqalarının nəticələri qədər yaxşı deyil", təhlilçi Lari Sabato.

Demokratlar izdihamlı namizədlər və uzunmüddətli praymerilərə hazır olmalıdır, Cim Kessler deyir.

"Fikrimcə, namizədlik prosesində aydın olmalıdır ki, bu, Al Qorun Bill Bredli (2000-ci ildə) və Hilları Klintonun Berni Sanders üzərində qələbəsi kimi tacqoyma mərasimi kimi qəbul edilməməlidir olmaz. Bu çox gərgin mübarizə olacaq", təhlilçi Cim Kessler.

Prezident Trampın etimad reytinqi aşağı düşsə də, o, respublikaçılar arasında hələ də populyardır.

Lakin sabiq Ohayo qubernatoru Con Keysik Tramp üçün əsas problem ola bilər.

"Mən ölkəni bir araya gətirəcək biri olmağa çalışacam", sabiq qubernator Con Keysik.

Tramp yenidən seçilməsinin əsasını siyası bazasında görür. Bu isə istənilən respublikaçı üçün öz partiyasından namizədliyini irəli sürməyə çətinlik yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG