Accessibility links

Demokratların Ayovadakı ilkin seçkilərinin nəticələri bəlli oldu


Demokratlar Partiyasının Ayova ştatında səs-küy gətirən ilkin seçkilərinin nəticələri cümə axşamı yayımlanıb.

Berni Sanders və Pit Buticec demək olar ki, eyni sayda səs toplasalar da Butticec cüzi fərqlə üstünlük əldə edərək, səsvermədə qalib gəlib. İndiana ştatının keçmiş meri Buticec ştatın Demokratlar Partiyasının konvensiyasındakı təmsilcilərinin 26,2, Vermont ştatının senatoru Berni Sanders isə 26.1 faizinin səsini toplayıb.

Bazar ertəsi keçirilən seçkilərdə səslərin hesablanması üçün istifadə olunan mobil applikasiyada problemin yaranması səbəbilə səslərin hesablanması ləngimişdi. Belə ki, texniki nasazlıqdan dolayı səslər bir-bir əllə hesablanmışdı.

Bu texniki nasazlıq noyabr ayında keçiriləcək prezident seçkilərində Donald Trampa rəqib namizədi müəyyən etməyə çalışan Demokratlar Partiyası üçün xoşagəlməz başlanğıc oldu. Seçkinin nəticələri partiya daxilində kəskin ideoloji bölgülərin olduğunu göstərir.

38 yaşlı gənc Butticec Demokratlar Partiyasının mötədil qanadını təmsil edir . O, Demokratlar partiyasından prezidentliyə ilk gey namizəddir.

78 yaşlı Sanders isə özəl sığortanı ləğv edib, universal tibbi sığortanı dəstəkləyən demokrat sosialistdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG