Accessibility links

Demokratların ikinci debatı: Mötədillər və proqressivlər qarşı-qarşıya


Miçiqan ştatının Detroyt şəhərində Demokrat Partiyasından prezidentliyə namizədlərin ilk qrupu debatların ikinci raundu zamanı prezident Trampı kəskin tənqid edib. 10 demokrat namizəd debat zamanı bir-birini də tənqidlərə məruz qoyub. Debatlar həmçinin mötədil və proqressiv namizədlər arasında kəskin fərqləri də nümayiş etdirib.

Demokrat namizədlərin debatlarının ikinci raundunda əsas diqqət mərkəzində səhiyyə xidməti və mühacirət, eyni zamanda namizədlərdən hansının prezident Trampı məğlub edə biləcəyi kimi məsələlər olub.

Bəzi mötədil namizədlər senatorlar Berni Sanders və Elizabet Uorren kimi proqressiv namizədləri müdafiə mövqeyində qoyaraq, onların səhiyyə xidmətinin yaxşılaşdırılması və iqlim dəyişikliyinə qarşı mübarizəyə dair geniş planlarını tənqid edib.

Demokrat namizədlərin debatının ikinci raundu: İndiana ştatının Saut-Bend şəhərinin meri Pit Buçiçiç (solda, senator Berni Sanders (ortada) və senator Elizabet Uorren (sağda), 30 iyul, 2019.
Demokrat namizədlərin debatının ikinci raundu: İndiana ştatının Saut-Bend şəhərinin meri Pit Buçiçiç (solda, senator Berni Sanders (ortada) və senator Elizabet Uorren (sağda), 30 iyul, 2019.

Senator Sanders hökumət tərəfindən səhiyyə xidməti planını müdafiə edib və rəy sorğularının onun gələn il prezident Trampı məğlub edə biləcəyini göstərdiyini qeyd edib.

“Və biz Trampı səbəbdən məğlub edə biləcəyik ki, o, yalançı və fırıldaqçıdır və biz onu bunlara görə ifşa edəcəyik.”

Ohayo ştatından konqresmen Tim Rayan xəbərdarlıq edib ki, səhiyyə xidməti, iqtisadiyyat və ətraf mühit kimi məsələlərdə ifrat sola meyl edilsə, demokratlar gələn il prezident seçkilərində məğlub ola bilər.

“Mən açığı düşünmürəm ki, bu proqramla biz irəli gedib qələbə çala bilərik. Biz fəhlə sinfini narahat edən məsələlərlə məşğul olmalıyıq.”

Lakin senator Elizabet Uorren bildirib ki, gələn il prezident Trampı məğlub etmək üçün cəsarətli siyasət yürüdülməlidir.

“Demokratlar nəyin doğru olduğunu müəyyən edəndə və bununla məşğul olub, mübarizə aparanda qələbə əldə edir. Mən qorxmuram. Və demokratların qələbəsi üçün siz də qorxmamalısınız.”

Demokrat namizədlər bir-biri ilə mübahisə etsələr də, onlar əsas diqqəti prezident Trampın tənqidinə yönəldib. Texas ştatından konqresmen Beto O`Rurk.

“Qanunsuz prezident tərəfindən qəddarlıq və qorxu qarşısında biz hamı üçün insan haqlarını və qanunun aliliyini müdafiə edən bir prezident seçəcəyik.”

Çərşənbə günü daha 10 demokrat namizəd arasında debat keçiriləcək. Keçmiş vitse-prezident Co Bayden, Kaliforniya senatoru Kamala Harris, Nyu Cersi senatoru Kori Buker bu namizədlər arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG