Accessibility links

Demokratların impiçmentə münasibəti fərqlidir


Demokratların impiçmentə münasibəti fərqlidir
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Ötən həftə Müller hesabatının redaktə edilmiş versiyasının ictimaiyyətə açıqlanmasından sonra bəzi müxalif demokratlar prezident Donald Trampın impiçmentinə dair çağırışlarını artırıb. Onlar arasında prezidentliyə namizədlər də var. Ümumilikdə isə demokratlar uzun və siyasi baxımdan ziddiyətli prezidenti impiç edib, vəzifədən uzaqlaşdırmaq prosesini izləyib-izləməməklə bağlı fərqli mövqelərə sahibdir.

Nyu Hempşir və Massaçusets ştatlarında seçki kampaniyası aparan senator və prezidentliyə demokrat namizəd Elizabet Uorren prezident Trampın impiçmentini ən çox dəstəkləyənlərdəndir.

Biz ölkəmizə qarşı xarici hücumlar və ya prezidentin özünün yanlış əməlləri ilə bağlı istintaqların qarşısının alınmasına cəhd edən prezidentə müsbət yanaşan Amerika ola bilmərik.
Elizabet Uorren

“Biz ölkəmizə qarşı xarici hücumlar və ya prezidentin özünün yanlış əməlləri ilə bağlı istintaqların qarşısının alınmasına cəhd edən prezidentə müsbət yanaşan Amerika ola bilmərik”, o söyləyir.

Prezidentliyə bir digər namizəd, İndiana ştatının Sout Bend şəhərinin meri Pit Butticecin isə bu məsələyə daha qeyri-müəyyən yanaşması var.

“Məncə bu qərarı Konqres verməlidir və məncə o buna layiq olar. Lakin mən Konqresin deyil, 2020-ci il seçki kampaniyasının bir hissəsi olduğum üçün diqqətimi onu seçkidə məğlub etməyə yönəltmişəm”, Butticec deyir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hələ ki, impiçmentin əleyhinədir və prezident ilə onun administrasiyasını Konqresdəki dinləmələr yolu ilə məsuliyyətə cəlb etməyə üstünlük verir.

Təhlilçi Culi Peys.

“Pelosi düşünür ki, impiçment yolunda addım atmaq üçün əlində impiçmentə əsas verəcək bir qanun pozuntusuna dair güclü dəlilin olması ilə yanaşı, demokratlardan əlavə respublikaçıları da bu prosesə cəlb etmək lazımdır”-deyə, Peys bildirir.

Donald Tramp
Donald Tramp

Kaliforniyalı nümayəndə Adam Şiff deyir ki, bir çox demokrat ziddiyət yaşayır.

“Ölkə üçün impiçment prosesinə başlamaqmı xeyirlidir, çünki əks təqdirdə bu cür davranışın prezidentlik vəzifəsinə uyğun gəldiyinə dair mesaj göndərmiş oluruq? Yoxsa respublikaçıların çoxluq təşkil etdiyi Senatda uğursuzluqla nəticələnəcəyini bildiyimiz bu prosesi başlatmamaqmı daha xeyirlidir?”, o sual edir.

Hətta impiçmenti dəstəkləyən demokratlar da bunun uzun və siyasi baxımdan riskli proses olduğunu qəbul edir. Təhlilçi Mett Dallek.

Məncə bu qərarı Konqres verməlidir və məncə o buna layiq olar. Lakin mən Konqresin deyil 2020-ci il seçki kampaniyasının bir hissəsi olduğum üçün diqqətimi onu seçkidə məğlub etməyə yönəltmişəm.
Pit Buticec

“İmpiçment prosesinin başlaması 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinədək çəkə bilər. Bu da öz növbəsində çətinliklər yaradır, çünki prezidenti çıxarmağın başqa yolu var, bu da seçkidir”, Dallek bildirir.

Prezident Tramp Twitter hesabında demokratlara qəzəblənib və müxbirlərə impiçmentə görə “heç narahat olmadığını” deyib.

Ekspert Con Fortier deyir ki, bu, qarşıdan gələn siyasi mübarizənin bir hissəsidir.

Demokratlar impiçmenti təxirə salsalar belə, Müllerin hesabatının 2020-ci il seçki kampaniyası boyunca prezidentliyə demokrat namizədlərin diqqət mərkəzində olacağı gözlənilir.

XS
SM
MD
LG