Günlərlə davam edən qarşıdurmadan sonra Demokratlar mütərəqqilərlə mərkəzçilər arasında fikir ayrılıqlarına son qoyararaq magistral yol, geniş zolaqlı internet və digər infrastrukturların yenilənməsi ilə bağlı 1 trilyon dollarlıq paketi qəbul edərək, imzalaması üçün Prezident Co Baydenə göndəriblər.
Cümə günü 228-206 fərqi ilə bitən səsvermə Baydenin Demokratları üçün qələbə hesab olunur. Onlar aylar boyu Baydenin daxili gündəminin böyük bir hissəsini təşkil edən bu xərcləmə ilə bağlı qanun layihəsi uğrunda mübarizə aparıblar.
İndi Bayden administrasiyası Amerika yolları, dəmir yolları və başqa nəqliyyat infrastrukturlarının son dövrdə ən böyük yeniləmək işlərinə nəzarət edəcək. Bayden bunun yeni iş yerləri yaradacağına və ABŞ-ın rəqabət qabiliyyətini artıracağına söz verib.
Ancaq Demokratlar hələ də Baydenin ölkədaxili proqramının ikinci dayağı olan sosial təminat və iqlim dəyişikliyə qarşı mübarizə proqramlarının artırılmasını nəzərdə tutan planın qəbul edilməsi üçün çox iş görməlidirlər. 1.75 trilyon dollar dəyərində olan bu paket ABŞ-da 1960-cı illərdən bəri sosial təminat proqramında ən böyük artımı nəzərədə tutur, lakin partiya bu paketin arxasında birlik nümayiş etməkdə müvəffəq olmayıb.
Demokrat liderlər hər iki qanun layihəsini Nümayəndələr Palatasında qəbul etməyə ümid edirdi, lakin mərkəzçilər qanun layihəsinin xərclərinin tərəfsiz uçotunu tələb etdikəri üçün bu proses bir neçə həftə keçə bilər.
Bir qrup mərkəzçi, bağlı qapılar arxasında bir neçə saat görüş keçirəndən sonra, Konqresin tərəfsiz Büdcə Ofisi xərclərin Ağ Evin təxminləri ilə eyni olduğunu qanun layihəsi üzərində noyabrın 20-dək səsverməyə söz veriblər.
“Mənim dünyama xoş gəldiniz. Demokratlar Partiyası budur,” Nümayəndələr Palatasının spikeri Nensi Pelosi günün əvvəlində müxabirlərə deyib. “Biz birimizə kilidli bir partiya deyilik,” o bildirib.
1.75 trilyon dollarlıq qanun layihəsininin qarşısındakı prosessual maneə şənbə günü 221-213 səs fərqi ilə aradan qaldırılıb ki, bu da Demokrat liderləri zamanı gəldiyində gecikmədən yekun səsvermə keçirməyə imkan verəcək.
Bu, Demokratların yaxından izlənilən ştat seçkilərində məğlub olmasındaın bir neçə gün sonraya təsadüf edib. Bu məğlubiyyətlər onların gələn il Konqresə nəzarəti də itirə biləcəklərinə dair narahatlıqlara səbəb olub.
İnfrastrukturla bağlı qanun layihəsi 13 Respublikaçının dəstəyi ilə qəbul olunub və beləcə Baydenin bəzi qanun layihələrini hər iki partiyanın dəstəyi ilə qəbul edəcəyinə dair vədi həyata keçirilib.