Accessibility links

Demokratlar Ayovada debatlara qatılır


Demokratlar partiyasının prezidentliyə altı namizədi çərşənbə axşamı Ayova ştatında keçirilən debatlara qatılır. Demokratlar noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçı Donald Trampın rəqibi olacaq namizədi seçmədən öncə son dəfə üz-üzə gələcək.

Debatda iştirak edəcək namizədlər keçmiş vitse prezident Co Bayden (Joe Biden), senator Berni Sanders Bernie Sanders), senator Elizabet Varren (Elizabeth Warren) , İndiana ştatının keçmiş icra başçısı Pit Buttiçeç (Pete Buttigieg), senator Emi Klobuçar (Amy Clobuchar) və milyarder Tom Steyerdir (Tom Steyer).

Əsasən kənd mənzərəsi ilə tanınan və 3 milyona yaxın əhalisi olan Ayova ştatı Birləşmiş Ştatları bütovlüklə təmsil etmir. Amma hər dörd ildən bir bu ştat həm Respublikaçılar, həm də Demokratlar üçün aylarla davam edən seçki prosesində səs verən ilk ştat olduğu üçün ABŞ prezidentlik seçki yarışlarında böyük əhəmiyyətə malikdir. Bu dəfə kokus seçkisi Fevralın 3-ü baş tutacaq.

Partiyadan prezidentliyə nominasiya almaq üçün artıq üçüncü dəfə yarışlarda iştirak edən keçmiş vitse-prezident Co Baydan ölkə üzrə keçirilmiş rəy sorğularına görə Demokrat seçicilər arasında irəlidədir, lakin Ayovada və bəzi ştatlarda Demokrat rəqiblərindən bir qədər geridədir.

Ötən həftə sonu Ayovada rəy sorğularına görə, Vermont ştatının senatoru Berni Sanders 20% dəstəklə liderliyə yüksəlməyə başlayıb. Senator Elizabet Varren isə 17% səslə ikinci yerdədir.

Tezliklə digər ştatlarda da namizəd seçkisi başlayacaq və Ayova səsverməsinin əhəmiyyəti o zaman məlum olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG