Accessibility links

Demokratlar Co Baydeni Trampa qarşı güclü rəqib olaraq görür


Demokratlar Co Baydeni Trampa qarşı güclü rəqib olaraq görür
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Sabiq vitse-prezident Co Bayden 2020-ci ildə keçiriləcək seçkidə prezidentliyə demokrat namizədlərdən çox öndədir. Ən son rəy sorğuları Baydenin vermontlu senator Berni Sanders və digər çox sayda demokrat namizədlərdən daha çox dəstəyə sahib olduğunu göstərir. Buna bir səbəb də demokratların Baydeni gələn ilki seçkidə prezident Donald Trampa qarşı yarışacaq güclü rəqib olaraq görməsidir.

Demokratların öndə gedən namizədi Co Bayden bu həftə səsvermənin erkən keçirildiyi Nyu Hempşir ştatında seçki kampaniyası aparıb.

Kim olduğumuzu xatırlayaq. Bura Amerika Birləşmiş Ştatlarıdır. Biz hər zaman ağlımıza qoyanı etmişik. Mən artıq bu ölkə üçün mövcud imkanları təxirə salmağı rədd edirəm və biz bu administrasiyaya son qoymalıyıq.
Co Bayden

“Kim olduğumuzu xatırlayaq. Bura Amerika Birləşmiş Ştatlarıdır. Biz hər zaman ağlımıza qoyanı etmişik. Mən artıq bu ölkə üçün mövcud imkanları təxirə salmağı rədd edirəm və biz bu administrasiyaya son qoymalıyıq”, Bayden deyib.

Co Bayden ötən ay namizədliyini irəli sürəndən sonra rəy sorğularında digər namizədlərin önünə keçib.

Buna baxmayaraq o, aralarında Massaçusets senatoru Elizabet Uorrenin də olduğu çox sayda enerjisi yüksək demokrat namizədə qarşı mübarizə aparır.

“Bizim bu ölkədə böyük sistem dəyişikliyinə ehtiyacımız var”, Uorren söyləyib.

Uorren aralarında nyu yorklu senator Kirsten Gillibrandın olduğu bir neçə qadın namizəddən biridir.

“Mən Ohayo, Pensilvaniya, Miçiqan və Viskosin kimi ştatlarda qalib gələ biləcəyimi bilirəm. Prezident Trampı məğlub etmək üçün bu ştatlar mühümdür”, Gillibrand deyib.

Hazırda prezidentliyə namizədlər arasında 20-dən çox demokrat var. Onlar arasında bir neçə azlıq namizəd də var.

Ən son namizədliyini irəli sürən Montana qubernatoru Stiv Ballokdur.

Sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden
Sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden

“Mən Stiv Ballokam və prezidentliyə namizədliyimi irəli sürürəm. Biz sizin yardımınızla demokratiyamızı geri alacağıq” - deyə, Ballok bildirib.

Belə görünür Baydenin rəy sorğularında öndə olmasına səbəb demokratların onu Prezident Trampa qarşı mübarizə aparacaq ən güclü rəqib olaraq görməsidir.

Corc Vaşinqton Universitetinin təhlilçisi Mat Dallek:

“Bir çox demokrat belə düşünür: birincisi, Tramp məğlub oluna bilər. İkincisi isə ölkədə onun hakimiyyəti altında böyük çətinliklər yaşanır və o, ölkənin böyük hissəsini alçaldır və bunun qarşısı alınmalıdır, bunu da biz etməliyik”.

Belə görünür Tramp demokratların arasındakı mübarizəni izləyir və onun ya Bayden ya da Vermont senatoru Berni Sandersə hücum etmək xoşuna gəlir.

“Qarşınızda ‘Yuxulu Co’ və ‘Dəli Berni’ arasında seçim var və mən onlardan hər hansı birini seçə bilərəm. Gəlin birini seçək”, Tramp deyib.

Məncə, onun prezidentlik uğrunda mübarizəsi çətin olacaq, çünki ona çoxlu hücumlar oluna bilər. Bir tərəfdən daha qısa karyeraya sahib olmağın üstünlükləri var, çünki o zaman sən böyük hədəf olmursan.
Mat Dallek

Cim Kessler deyir ki, bir çox demokrat Trampı məğlub etməyin asan olmayacağını dərk edir.

“Bu seçki kampaniyasına daxil olanda prezidentin öndə getdiyini düşünməlisiniz, çünki ən azından onun qalib gəlmək şansı 50 faizdir, hətta məncə daha da çox”, Kessler söyləyib.

Mat Dallekin sözlərinə görə, Bayden ilk olaraq senator, daha sonra isə vitse-prezident kimi xidmət göstərdiyi üçün uzun karyeraya sahibdir və bu səbəbdən də rəqibləri ona bir çox məsələ ilə bağlı hücum edə bilər.

“Məncə, onun prezidentlik uğrunda mübarizəsi çətin olacaq, çünki ona çoxlu hücumlar oluna bilər. Bir tərəfdən daha qısa karyeraya sahib olmağın üstünlükləri var, çünki o zaman sən böyük hədəf olmursan”, Dallek deyir.

Lakin hələ ki, Co Bayden Demokrat namizədlər arasında öndədir. Bu isə onun daha öncə iki dəfə namizədliyini irəli sürdüyü zamankı mənzərədən çox fərqlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG