Accessibility links

Demokratlar impiçment araşdırmasını intensivləşdirib


Demokratlar impiçment araşdırmasını intensivləşdirib
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Demokratlar impiçment araşdırmasını intensivləşdirib

ABŞ prezidenti Donald Tramp üzərində impiçment araşdırması çərşənbə günü qanunvericilər iki həftəlik tətilin ardından Vaşinqtona geri dönəndən sonra daha da intensivləşib. Tramp administrasyasının keçmiş rəsmiləri həftə boyu Konqresdə bağlı qapılar arxasında ifadə verib. Demokratlar isə Trampın xarici ölkədən 2020-ci ildə keçiriləcək seçkiyə müdaxilə etməsini istədiyini sübut edəcək məlumatlar toplamağa çalışır.

Bu həftə impiçment araşdırması aparan Nümayəndələr Palatasının Demokratları bir neçə nəfərin ifadələrini dinləyib.

Bizim işimiz hələ bitməyib. Biz hələ çox şey etməliyik və edəcəyik.
Eliot Engel

“Bizim işimiz hələ bitməyib. Biz hələ çox şey etməliyik və edəcəyik,” Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engel bildirib.

İlkin şikayətdə prezident Ukraynadan rəqibi Co Bayden və onun oğlu barədə məlumat toplamasını istəməkdə ittiham olunmuşdu. Bu səbəblə Nümayəndələr Palatasının sədri Adam Şif məhkəmə qərarı ilə bununla bağlı əlavə məlumat tələb edib. Tramp administrasiyası isə hələ ki, sənədləri təqdim etməyi rədd edib.

Tramp bildirir ki, Nümayəndələr Palatasının Demokratları araşdırmanın rəsmiləşdirilməsi üzərində səsvermə keçirməyənədək o əməkdaşlıq etməyəcək.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə bunun Konqresə xələl gətirmək üçün bir oyun olduğunu söyləyib.

“Biz yalandan hədə qorxu gəlmirik. Biz həqiqəti üzə çıxarmağa, Birləşmiş Ştatlar Konstitusiyasını qoruyub saxlamağa çalışırıq”, o deyib.

Biz yalandan hədə qorxu gəlmirik. Biz həqiqəti üzə çıxarmağa, Birləşmiş Ştatlar Konstitusiyasını qoruyub saxlamağa çalışırıq.
Nensi Pelosi

Amma prezident deyib ki, Pelosi və Demokratlar siyasət oynayır.

“Bu tamamilə dəlilikdir. Sizin etməli olduğunuz yeganə şey telefon danışığının transkriptini oxumaqdır. Bu sadə məsələdir.Onlar çıxılmaz vəziyyətdədir, çünki seçkidə məğlub olacaqlar”, Tramp söyləyib.

Demokratlar 2020-ci il seçki kampniyası fevral ayında rəsmi olaraq başlamadan öncə bu ilin sonunadək impiçment üzərində səsvermə keçirmək üçün təzyiqlə üzləşir. Amma bəziləri deyir ki, zaman problem deyil.

“Bizim tələsmədiyimizi bilməniz vacibdir ki, bizim bunu etməkdən məmnun olduğumuza, bunun bir bayram olduğuna və bizim məqsədimizin prezidenti vəzifədən kəndarlaşdırmaq olduğuna dair bir fikir yaranmasın”, demokrat qanunverici Şila Cekson Li bildirib.

Demokratların növbəti addımı Tramp rəsmiləri, o cümlədən Avropa İttifaqındakı nümayəndə Qordon Sondlandın bir-birilərinə göndərdikləri mesajlar barədə daha çox məlumat əldə etməkdir.

XS
SM
MD
LG