Accessibility links

ABŞ-ın Demokrat Partiyası milli platformasının ilk layihəsini açıqlayıb


ABŞ-ın Demokratik Partiyası partiyanın beynəlxalq və daxili məsələlərlə bağlı mövqeyini izah edən sənədi açıqlayıb. Partiya üzvləri bunu partiya tarixinin "ən mütərəqqi platforması" adlandırır.

Sənəddə 12 ölkə arasında imzalanan Trans-Sakit Okean Tərəfdaşlığı ticarət razılığının partiya daxilində "mübahisəli" olduğu, amma bütün Demokratların hər bir razılığın işçi və ətraf mühiti müdafiə etməli olduğuna inandığı bildirilir.

Qlobal təhlükələr, xüsusən də Suriya və İraqla bağlı sənəddə deyilir ki, partiya başda Körfəz ölkələri və yerli qüvvələr olmaqla regiondakı tərəflərə döyüşlərin yükünü daşımaları üçün təzyiq göstərəcək.

Sənəddə həmçinin qeyd edilir ki, Suriyada gedən "ürəkparçalayan və təhküləli" münaqişənin təkcə regiona deyil, Avropa və digər yerlərə təsiri olduğu üçün Demokratlar Bəşər Əl-Əsədin hakimiyyətinə son qoyaraq siyasi keçidə vasitəçilik etmək üçün "Suriya müxalifəti, beynəlxalq ictimaiyyət və regiondakı müttəfiqlərlə əməkdaşlıq edəcək.

2016 partiya platformasında ünvanlanan bəzi məsələlər:

Ölkədaxili məsələlər

Sənəddə minimum əmək haqqını saatına 15 dollara qədər artırmaq, narkotik istifadəçilərinə ictimai dəstək və müalicəni genişləndirmək, ölüm cəzasının ləğvi və silaha sahib olmaq haqqına hörmət etməklə yanaşı, hücum silahlarının qarsısının alınması kimi vədləri yer alır.

Partiyanın platformasında həmçinin ictimai kolleclərdə pulsuz təhsilə çağırılır və partiyanın "kredit borclarını ödəmək üçün yardıma ehtiyacı olanları unutmayacağı" bildirilir.

187 üzvdən ibarət platforma komitəsinin sənədi gələn həftə Orlandoda nəzərdən keçirəcəyi planlaşdırılır. Sənəd bu ayın axırı Filadelfiyada keçirləcək Partiya Qurultayında təqdim olunacaq və üzərində səs vermə keçiriləcək.

2016 il Demokrat Partiyasının platformasında yer alan bəzi təkliflər:

İqtisadiyyat

-Minimum əmək haqqının saatına 15 dollaradək artırılması və hər bir amerikalının həmkarlar ittifaqına qoşulmaq haqqının təmin edilməsi

- Qadınlara kişilərlə eyni maaşın ödənilməsi və ödənişli analıq və ailə məzuniyyətinin təmin edilməsi

-Daha çox iş yeri yaratmaları məqsədilə kiçik bizneslər üçün kredit imkanlarını artırmaq

Silah haqları

-Silaha sahib olmaq hüququ dəstəkləmək, amma eyni zamanda silah satışından əvvəl alıcıların keçmiş tarixçələrinin yoxlanılmasını təmin etmək

Təhsil

-Tələbə borclarının geri ödənilməsinə yardım və gələcək tələbələr üçün kredit faizlərinin azaldılması

-Pulsuz ictimai kolleclər və erkən uşaq inkişafı proqramlarına sərmayeni artırmaq

-Yüksək keyfiyyətli müəllimlərin işə qəbulu, onları özlərini professional şəkildə inkişaf etdirmələri üçün lazım olan hər şeylə təmin etmək

İmmiqrasiya

-Qanuni immiqrasiya və viza proqramlarına dəstək

-Amerikanın immiqrasiya sisteminin təcili bərpası

-Təqiblərdən qaçanlar və mühacirlərə qadağa qoyulmasının qarşısının alınması

Səhiyyə

-Səhiyyə sığortasınım əlverişli qiymətlərlə əldə olunmasının təmin edilməsi

İrqi ədalət

-Bütün müəssisələrin idarəçiliyində irqi ədalətin təmin edilməsi

-İrqlərarası sərvət və gəlir bərabərsizliyinin aradan qaldırılması

-Hüquq-mühafizə orqanı işçilərinə düzgün rəftarla bağlı təlimlərin keçirilməsi

- Polis-icma münasibətlərinin yaxşılaşdırılması

Terrorizm

- İŞİD və Əl-Qaidə kimi qrupların məğlub edilməsi

- Əfqanıstanda sülhün təmin edilməsi, eləcə də terrorçuların ərazisindən istifadə etməsinin qarşısını almaq üçün Pakistana təzyiqləri davam etmək

XS
SM
MD
LG