Accessibility links

Demokratlar Nümayəndələr Palatasında qalib gəldi amma Senat Respublikaçılarda qaldı


Demokratlar Nümayəndələr Palatasında qalib gəldi amma Senat Respublikaçılarda qaldı
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Demokratlar Nümayəndələr Palatasında qalib gəldi amma Senat Respublikaçılarda qaldı

Demokratların lideri Nensi Pelosi partiyanın Vaşinqtonda yerləşən qərargahında ölkənin paytaxtı üçün yeni bir gün başladığını elan edib.

"Bizim ortaq yol tapmaq, bu mümkün olmadıqda isə öz mövqeyimiz üzərində durmaq kimi bir məsuliyyətimiz var. Ancaq biz cəhd etməliyik. Demokratik Konqres bizi bir araya gətirəcək çözü lər üçün çalışacaq. Çünki, biz yetəri qədər bölünməyə məruz qalmışıq.'' - deyə, demokratların lideri Nensi Pelosi bildirib.

Virciniyada Respublikaçı namizədə qalib qələn Cennifer Vekston kimi demokratların sayəsində Pelosi Nümayəndələr Palatasının növbəti spikeri olmağa hazırlaşır.

"Mən bu kampaniyanın əvvəlindən deyirdim ki, Amerika üçün dəyişiklik vaxtı gəlib çatıb. Və bu gecə dəyişiklik baş verdi." - deyə, xanım Vekston qeyd edib.

Ancaq respublikaçılar Şimali Dakota, Missuri və İndiana ştatlarındakı seçkilərdə qalib gələrək Republikaçı partiyasının Senatdakı üstünlüyünü daha da artırıb.

"Biz prezident Trampın rəhbərliyi altında olan mühafizəkarlarıq. Biz niyə bu düşüncələrimizin İndiana kimi ştatlarda işlədiyini və bunun Amerikanın qalan hissəsi üçün də işləyəcəyini sübut etməliyik. Mən inanıram ki, bu baş verəcək." - deyə, Respublikaçı Mayk Braun bildirib.

Ağ Evin sözçüsü Sara Sandersin sözlərinə görə, prezident Donald Tramp Senatın Respublikaçılarda qalmasına görə çox məmnundur.

"Prezidentin kampaniyalarında iştirak etdiyi və dəstəklədiyi namizədlərin çoxu bu axşam yaxşı irəlidədir. Ancaq günün sonunda prezident qalib gələn hər kəslə birlikdə çalışacaq.'' - deyə, Sara Sander jurnalistlərə bildirib.

Təhlilçi Rebekka Gill deyir ki, prezidentin sərt kampaniya ritorikası iki tərəfin seçicilərini həvəsləndirib.

Tramp və Demokratlar indi yeni sualla qarşı-qarşıyadır. Hər iki tərəf iki il sonra baş tutacaq yeni prezidentlik yarışına hazırlaşmaqlarına baxmayaraq birlikdə işləyə biləcəklərmi?

XS
SM
MD
LG