Accessibility links

Demokratlar Nümayəndələr Palatasındakı üstünlüklərini artırıb


Demokratlar ABŞ Nümayəndələr Palatasındakı üstünlüklərinə daha bir yer əlavə ediblər.

Siyasətdə yeni olan Endi Kim çərşənbə günü Nyu-Cersi ştatının üçüncü seçki dairəsində respublikaçı rəqibi Tom Makartura qalib gəldiyini açıqlayıb.

Kim Obama administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə yardımçı idi. Koreya əsilli Kim Nyu-Cersi ştatından Nümayəndələr Palatasına seçilən ilk Asiya əsilli amerikalı konqresmen oldu.

Nümayəndələr Palatası və Senat seçkilərinin sona çatmasından bir həftə keçməsinə baxmayaraq, bəzi bölgələrdə səslərin sayılması hələ başa çatmayıb. Belə görünür ki, respublikaçılar Senatdakı mövcud 51-49 üstünlüklərinə daha üç və ya dörd yer əlavə edə bilərlər.

XS
SM
MD
LG