Accessibility links

Demokratlar Trampın Ali Məhkəməyə namizədinə etiraz edəcək [Video]


Demokratlar Trampın Ali Məhkəməyə namizədinə etiraz edəcək
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Ali Məhkəmənin hakimi Antoni Kennedinin təqaüdə çıxması ABŞ prezidenti Donald Trampa Ali Məhkəməyə onun siyasi gündəminə daha uyğun bir hakimi təyin etmək şansı verir. Kennedi Konstitusiya və federal qanunun interpretasiyası ilə bağlı yekun qərarı verən Ali Məhkəmənin nisbətən mötədil üzvü hesab edilirdi.

Hakim Kennedinin geylərin haqlarına yumşaq yanaşması onun mötədil olduğuna dair bir düşüncə yaratdı. Təbii ki, Samuel Alito və Klarens Tomasla müqayisədə onunla bağlı bunu demək olar. Lakin son dövrün ən əsas məsələləri ilə bağlı beşinci mühafizəkar səsi Kennedi verib.
Deyvid Abraham

Kennedi 30 il Ali Məhkəmədə xidmət göstərədəndən sonra təqaüdə çıxır. O abort, silahlara nəzarət, səsvermə qanunları və eyni-cinslilərin nikahı kimi bir çox mühüm məsələdə həlledici səsi verən hakim olub.

Onu Ali Məhkəməyə respublikaçı prezident Ronald Reyqan təyin edib. Hüququ üzrə professor Deyvid Abraham deyir ki, Kennedi respublikaçı partiyasına sadiqdir.

“Hakim Kennedinin geylərin haqlarına yumşaq yanaşması onun mötədil olduğuna dair bir düşüncə yaratdı. Təbii ki, Samuel Alito və Klarens Tomasla müqayisədə onunla bağlı bunu demək olar. Lakin son dövrün ən əsas məsələləri ilə bağlı beşinci mühafizəkar səsi Kennedi verib”, o söyləyir.

Abraham deyir ki, mümkündür Kennedi noyabr ayında Konqres seçkisindən öncə yeni bir hakimin təyin olunmasını təmin etmək məqsədilə indi təqaüdə çıxmağa qərar verib.

“Onun Respublikaçıların Senatda çoxluğa sahib olduğu bir vaxt təqaüdə çıxması təəccüblü deyil, çünki beləcə onun xələfi də Respublikaçı partiyası və hazırkı prezidentin dəstəklədiyi insanlardan biri olacaq”- deyə, Abraham bildirir.

Senatın azlıq lideri Çak Şumer çərşənbə günü xəbərdarlıq edib ki, Ali Məhkəməyə əlavə mühafizəkar hakimin təyin olunması ilə məhkəmənin qadınların reproduktiv hüquqları, səhiyyə sistemi kimi mühüm qərarları ləğv edilə bilər.

Antoni Kennedi
Antoni Kennedi

“Amerikalılar prezident Trampın öncədən, güclü xüsusi maraqlar nəticəsində tərtib etdiyi siyahıdan nominasiya edəcəyi namizədə tolerantlıq nümayiş etdirməcəklərini aydın bəlli etməlidirlər, çünki onlar bizim onillərdir əldə etdiyimiz nailiyyətləri üstünə xətt çəkəcəklər”- deyə, Şumer bildirib.

Bəzi təhlilçilər deyir ki, Trampın təyin edəcəyi hakim ilə hazırkı Ali Məhkəmə heyəti ən mühafizəkar heyətə çevrilə bilər.

Tarix sübut edir ki, məhkəmə Amerikanın ictimai fikirlərindən çox geridə qaldığı və ya çox irəli getdiyi halda, məhkəmənin legitimliyi sual edilir. Məncə biz belə bir ehitmalın yüksək olduğu dövrə daxil oluruq.
Pol Şif Berman

Hüquq üzrə professor Pol Şif Berman Amerikanın Səsinə bildirib ki, Amerika xalqının böyük hissəsi bu cür mühafizəkar məhkəməyə etiraz edə bilər.

“Tarix sübut edir ki, məhkəmə Amerikanın ictimai fikirlərindən çox geridə qaldığı və ya çox irəli getdiyi halda, məhkəmənin legitimliyi sual edilir. Məncə biz belə bir ehitmalın yüksək olduğu dövrə daxil oluruq”, o söyləyir.

Berman deyir ki, Demokratlar noyabr seçkisinən sonra Senatda çoxluğu ələ keçirsə, etirazların olma ehtimalı artacaq. Prezident Tramp çərşənbə günü administrasiyasının yeni Ali Məhkəmə hakiminin təyinatı prosesinə dərhal başlayacağını deyib.

XS
SM
MD
LG